fotofakt

Anar Kərimova yüksək vəzifə verildi

Tarix:12-11-2019, 22:39
Baxış Sayı:60

Anar Kərimova yüksək vəzifə verildi
Azərbaycanın UNESKO yanında daimi nümayəndəliyinin rəhbəri Anar Kərimov beynəlxalq qurumun vitse-prezidenti seçilib.

"Report"un Fransa bürosu xəbər verir ki, bu, Parisdə keçirilən, qurumun 193 üzv və 10 assosiativ üzv ölkəsinin nümayəndələrinin qatıldığı UNESKO-nun Baş Konfransının 40-cı sessiyasında baş tutub.

Qeyd edək ki, noyabrın 12-də öz işinə başlayan tədbirdə Azərbaycan Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, UNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi, xüsusi tapşırıqlar üzrə səfir Elnur Sultanov, UNESKO yanında daimi nümayəndəliyin rəhbəri, səfir Anar Kərimov, eləcə də daimi nümayəndəliyin diplomatları Baş Konfransda təmsil olunur.

Baş Konfrans ali təhsildən süni intellektə qədər aktual məsələlərlə bağlı yeni çoxtərəfli yanaşmalara dair beynəlxalq ideyalar müzakirə ediləcək.
Tədbir çərçivəsində bir çox yadda qalan siyasi tədbirlər keçiriləcək. "(Yeni nəsil dəyişikliyin gənc aktorları ilə çoxtərəfli münasibətləri yenidən nəzərdən keçirmək” adlı yüksək səviyyəli tədbirə bir çox dövlət və hökumət rəhbərləri qatılacaq. Noyabrın 13-də keçiriləcək inklüzivlik və mobilliyə dair nazirlər iclasında 100-dən çox ölkənin təhsil naziri iştirak edəcək.

Noyabrın 19-da isə 107 ölkənin mədəniyyət naziri "dövlət siyasəti və davamlı inkişafda mədəniyyətin yeri” adlı mövzu ətrafında müzakirələr aparacaqlar.

Baş Konfrans çərçivəsində noyabrın 18-də UNESKO-nun 11-ci Gənclər Forumu keçiriləcək. Forumda gənclərin UNESKO-nun fəaliyyətində iştirak etməsi üçün yaxşı təcrübələr diqqətə çatdırılacaq. Forum bilik və təcrübələrin bölüşdürülməsi, dəyişikliyin gənc aktorları arasında əməkdaşlıq məsələlərini müzakirə etmək üçün UNESKO və üzv dövlətrlər arasında dialoq platforması yaradacaq. Həmin gün "Gəncliyin səsi və süni intellektin gələcəyi” adlı mövzusuna dair iclas keçiriləcək.

Noyabrın 22-də Qadın Zorakılığına qarşı Beynəlxalq Mübarizə Günü ərəfəsində "Qadınlara qarşı zorakılığa dair məlumat kitabçası” jurnalistlərə təqdim olunacaq. Məqsəd bu mövzu ilə bağlı jurnalistləri maarifləndirməkdir.

İlk dəfə olaraq noyabrın 15-də Konvensiya Günü münasibəti ilə bütün üzv dövlətlər qurumun hazırladığı konvensiyaları imzalamağa və ratifikasiya mexanizmlərini Baş direktora təqdim etməyə dəvət olunacaqlar.

Azərbaycan Respublikasının Mədəniyyət və Təhsil nazirləri də iclaslarda iştirak edəcək və müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirəcəklər.
Sessiya noyabrın 27-dək davam edəcək.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!