fotofakt

“Araz” və “Rahat” marketlərdə bir sıra qanun pozuntuları aşkarlanıb

Tarix:17-12-2019, 13:06
Baxış Sayı:50

“Araz” və “Rahat” marketlərdə bir sıra qanun pozuntuları aşkarlanıb
Sosial şəbəkədə “Araz Supermarket”də satılan, Rusiyada istehsal edilən “Zemlyanskie prostorı” yağının kərə yağı olduğunu və Rusiyadan belə ucuz satıldığını qeyd edərək yağın saxta olduğu iddia edilib.
Bizimyol.info xəbər verir ki, bu iddia ilə çıxış edən jurnalist Səbuhi Məmmədli Qida Təhlükəsizliyi Aganetliyini və həmin yağın satıldığı “Araz” supermarketlər şəbəkəsini sərt tənqid edib.

Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva burada məsuliyyət birbaşa sahibkarın üzərinə düşür: “Çünki o istehlakçını daha ucuz yağla aldatmağa cəhd göstərir. Narahatedici məqam isə ondan ibarətdir ki, bəzən bunu paylaşan həmkarlarımız istehlakçını aldatmağa çalışan dələduz sahibkarlar əvəzinə AQTA-nı hədəf seçir. Amma Agentliyin Əsasnaməsi ilə az da olsa tanış olan bilir ki, AQTA nəinki satış, ümumilikdə qida zənciri boyu tərəflərin vəzifələrini, öhdəliklərini müəyyən edir. Hər gün Agentliyin qaynar xəttinə onlarla belə şikayət daxil olur və hər biri də yerində araşdırılaraq ən sərt tədbirlər görülür. Əlbəttə media nümayəndələrinin də prosesə bu cür aktiv qoşulması ümumi işin xeyrinədir. Sadəcə burada AQTA-nın adını həvəslə hallandıran həmkarlarıma nacizanə tövsiyəm odur ki, “auditoriyaya oynamaq” əvəzinə, bizimlə əl-ələ verib məlumatsız istehlakçıları bilgiləndirsinlər və onları aldatmağa çalışan “sahibkarlar” lardan qorusunlar.

Yeri gəlmişkən onu da deyim ki, əməkdaşlarımız Bakıda Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 20 ünvanında yerləşən “Araz” marketdə və Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən “Rahat” marketdə yoxlamalar keçiriblər. Yoxlamalar zamanı hər iki marketdə bir sıra yeyinti məhsullarının qablaşdırılması və etiketləşdirilməsinə dair qanunvericiliyin tələblərinin pozulması faktları aşkarlanıb. Yoxlamada bitki spred yağların istehlakçılara kərə yağı adı altında satılması halları aşkarlanıb ki, bu da istehlakçı hüquqlarının pozulmasıdır.

Hər iki marketin rəhbərliyi barəsində qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlər görülüb və inzibati qaydada cərimə tətbiq olunub. Əməkdaşlarımız tərəfindən ardıcıl tədbirlər bundan sonra da davam etdiriləcək və və istehlakçı hüquqlarının pozulmasına qarşı ən sərt tədbirlər həyata keçirəcək".

“Araz Supermarket” şirkətinin İctimaiyyətlə əlaqələr üzrə məsul şəxs Billurə Əmirova bildirib ki, “Zemlyanskoe moloko” zavodunun istehsal etdiyi “Zemlyanskie prostorı” yağı spred yağıdır: “Qablaşdırmanın üzərində bununla bağlı qeyd var. Yəni yağın üzərində spred olduğu ilə bağlı məlumat yer alır. Spred yağı isə bitki tərkibli yağdır”.

B.Əmirova deyib ki, idxal olunan məhsulların hər partiyasından AQTA nümunələr götürür müvafiq laborator analizdlərdən keçəndən sonrasatışına icazə verilir.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!