
İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında narkotik vasitə keçirən qadın saxlanılıb.
Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin məlumatına görə, Xətai Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşları, məlumatı əsasında, narkotik vasitələrin qanunuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan paytaxt sakini İlhamə Kərimovanı metronun Həzi Aslanov stansiyasının yaxınlığında saxlayıblar. Onun üzərinə baxış zamanı ümumi çəkisi 333,296 qram olan narkotik vasitə tiryək aşkar olunaraq götürülüb.
Araşdırma zamanı İ.Kərimova narkotik vasitəni bir müddət əvvəl İrandan Azərbaycana bədəninin daxilində və ayaqqabısının dabanında gizlədərək gizli yolla gətirdiyini etiraf edib.
Faktla bağlı saxlanılan şəxs barəsində Xətai RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb,əməliyyat tədbirləri davam etdirilir.