fotofakt

“Nar”dan Yeni İl səfərləri üçün sərfəli - ROMİNQ PAKETLƏRİ

Tarix:25-12-2019, 21:47
Baxış Sayı:66

“Nar”dan Yeni İl səfərləri üçün sərfəli - ROMİNQ PAKETLƏRİ
Ölkənin ən gənc mobil operatoru "Nar”, Yeni il ərəfəsində səfərə çıxan abunəçiləri üçün sərfəli rominq paketləri təklif edir. Mobil operatorun rominq paketləri müştərilərin tələblərinə uyğun olaraq səsli zəng, internet və "WhatsApp”da pulsuz yazışma imkanı verir. "Nar” istifadəçiləri Türkiyə, Rusiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri kimi populyar istiqamətlər də daxil olmaqla, 45 ölkədə müvafiq romiq paketinə qoşularaq öz yaxınları ilə daim ünsiyyətdə qala bilərlər.

Səyahət zamanı rahat ünsiyyətdən yararlanmaq üçün abunəçilər ehtiyaclarına uyğun olaraq 4 rominq paketindən birini seçə bilərlər. "Roaming 9” paketi abunəçilərə 500 MB internet, "Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, "Roaming 18” paketi 1 GB internet, "Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Xüsusilə qeyd etmək lazımdır ki, "Roaming 18” və "Roaming 28” paketlərində "WhatsApp” yazışmaları tamamilə pulsuzdur. Yəni bu trafik rominq internet paketindən çıxılmır.

Qeyd edək ki, səyahət zamanı "Nar” nömrələrində rominqi aktivləşdirənlərin sayı ötən illə müqayisədə 2019-cu ilin yanvar-noyabr aylarında 25%, rominqdə istifadə olunan internet trafikinin həcmi isə 68% artıb. Ümumilikdə, "Nar” dünyanın 117 ölkəsində abunəçilərinə keyfiyyətli rominq xidmətləri təklif edir. Daha ətraflı məlumatı www.nar.az səhifəsindən əldə etmək olar.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!