fotofakt

Məcburi köçkünlərin iştirakı ilə bədii-musiqili tədbir keçirilib

Tarix:26-12-2019, 12:07
Baxış Sayı:70

Məcburi köçkünlərin iştirakı ilə bədii-musiqili tədbir keçirilib
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü, Beynəlxalq Muğam Mərkəzi və “Mədəniyyət” telekanalının dəstəyi ilə keçirilən bədii-musiqili yaradıcılıq tədbiri keçirilib.

Bizimyol.info xəbər verir ki, tədbirin məqsədi Qarabağın mədəni mühitinin tarixi ənənələrini və inkişaf istiqamətlərini nümayiş və təbliğ etmək, bu sahədə məcburi köçkünlərin yaradıcılıq imkanlarını artırmaq və stimullaşdırmaqdır.

Tədbirdə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, hökumət təmsilçiləri, milli qəhrəmanlar, şəhid ailələrinin üzvləri, müharibə əlilləri və veteranları, qeyri-hökumət təşkilatlarının nümayəndələri, məcburi köçkünlər iştirak ediblər.

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyib: “Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur. Mədəniyyət, ədəbiyyat, milli musiqi, ana dilimiz tarixi keçmişimizdir – biz bu sahələrə böyük diqqət göstərməliyik”.

Bu gün dövlət qayğısı sayəsində milli mədəniyyətimiz hərtərəfli inkişaf edir. Prezident İlham Əliyevin kino, teatr, musiqi, tətbiqi sənət, tarixi abidələrin qorunması və bərpası ilə bağlı imzaladığı dövlət proqramları uğurla icra edilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva Azəraycan mədəniyyətinin dünyada tanıdılması istiqamətində mühüm işlər həyata keçirir”.

Bu barədə tədbirdə məlumat verilib.

Sonra Muğam Mərkəzinin tamaşa zalında Qarabağ muğam məktəbi yetirmələrinin konserti keçirilib.

Tədbir iştirakçıları doğma Qarabağımızın mədəni mühitinin təqdim olunduğu belə tədbirlərin bir gün işğaldan azad edilmiş yurd yerlərimizdə də keçiriləcəyinə əminliklərini ifadə ediblər.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!