fotofakt

DİN Mehman Hüseynovun döyülməsi iddialarını əsassız adlandırıb

Tarix:28-12-2019, 12:41
Baxış Sayı:52

DİN Mehman Hüseynovun döyülməsi iddialarını əsassız adlandırıb
Daxili İşlər Nazirliyi (DİN) bloqger Mehman Hüseynovun polis tərəfindən saxlanılması və döyülməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov bildirib ki, M. Hüseynovun polis tərəfindən döyülməsi barədə səsləndirdiyi iddialar tamamilə əsassızdır: “Dünən gecə saat saat 22 radələrindən başlayaraq Mehman Hüseynov və onun bir qrup tərəfdarı paytaxtın mərkəzində, Fəvvarələr meydanı ətrafında məhkəmənin qərarı ilə həbs edilmiş Pərviz Quluzadənin həbsdən azad olunması ilə bağlı şüarlar səsləndirib və ictimai asayişi pozmağa yönəlik hərəkətlər ediblər. Polisin qanuni çağırışına məhəl qoymadıqları üçün Mehman Hüseynov və ətrafındakılar ərazidən uzaqlaşdırılıblar. Lakin onun polis tərəfindən döyülməsi barədə dedikləri tamamilə əsassızdır. Əgər Mehman Hüseynovu sonradan kimsə döyübsə, onun bu barədə hüquq-mühafizə orqanlarına müraciət etmək hüququ var. Müraciət edərsə, bu, araşdırılacaq”.(apa)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!