fotofakt

İmişlidə 500 fəhlə işdən qovuldu: İcra başçısı Bakıya gəldi

Tarix:22-01-2020, 21:20
Baxış Sayı:47

İmişlidə 500 fəhlə işdən qovuldu: İcra başçısı Bakıya gəldi
İmişli Şəkər Zavodunun 500 fəhləsi işdən qovulub.


Bu barədə Qaynarinfo-ya sözü gedən zavodun fəhlələri məlumat verib. Onların sözlərinə görə, fəhlələrin işdən çıxarılmasına səbəb İmişli Şəkər Zavodunun maliyyə böhranı yaşamasıdır:

"Hazırda zavod işləyir. Zavodun heç bir bölməsi bağlanmayıb. Amma buna baxmayaraq, hazırda 450-500 nəfər işdən çıxarılıb. Deyirlər ki, maliyyə yoxdur. Pul olmadığından bizi ixtisara salıblar. Bütün fəhlələr isə işinə bərpa olunmaq istəyir.

Etiraz səsimizi qaldırdıq. Aksiyaya İmişli Şəkər Zavodunun nümayəndəsi gəlib. Zavodun nümayəndəsi dedi ki, "məsələyə yenidən baxılacaq və bir ay müddətində işinizə qayıdacaqsınız”. Amma dekabr ayında da hadasa 80 nəfər fəhlə ixtisara düşdü. Həmin vaxt da fəhlələrə "işə qayıdacaqsınız” vədini verdilər. Hələ həmin 80 nəfər işinə bərpa olunmamış 450-500 nəfər fəhlə də ixtisar olundu. İndi məsələyə İmişli İcra Hakimiyyətinin başçısı qarışıb. Başçı məsələ ilə bağlı Bakıya gedib”.


Məsələ ilə əlaqədar İmişli Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-Siyasi və Hümanitar məsələlər üzrə müavini Təranə Cabbarova İmişli Şəkər Zavodunda baş verənlərdən xəbərsiz olduğunu dedi:


"Məlumatım yoxdur. Birinci müavin Səfa Ağayevlə əlaqə saxlayıb sizə məlumat verərəm”. Yarım saatdan sonra Təranə Cabbarova redaksiyamıza yenidən zəng edərək bunları dedi:


"Birinci müavin Səfa müəllim dedi ki, belə bir şey yoxdur”.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!