
Parlament seçkilərində iştirak hüququ qazanan namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt başa çatır.
Axar.az xəbər verir ki, namizədlərin təbliğat-təşviqatı üçün bu gün son gündür.
Sabah isə ölkədə “sükut günü” olacaq. KİV və media namizədlərin təbliğatını dayandıracaq.
Xatırladaq ki, seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.
Növbədənkənar parlament seçkilərində təbliğat-təşviqat kampaniyasına 17 yanvar tarixindən start verilmişdi.