fotofakt

İTV-dən seçki saxtakarlığı ilə bağlı ismarıc - VİDEO

Tarix:13-02-2020, 16:14
Baxış Sayı:90

İTV-dən seçki saxtakarlığı ilə bağlı ismarıc - VİDEO
İctimai Televiziyada yayımlanan "3D” verilişinin budəfəki qonağı seçki dairəsi üzrə lider namizəd Razi Nurullayev olub.

Yeniavaz.com xəbər verir ki, veriliş boyu bir sıra maraqlı məqamlar yaşanıb. Belə ki, efirə gələn depuatlığa namizəd Əziz Əliyev seçkilərdə qalib gəldiyini və deputat seçildiyini deyərək, katibə Lyubaya hədiyyə gətirib.

Lyuba da hədiyyəni ən görünən yerə qoyulmasını xahiş edib. Bu zaman Əzizin köməkçisi hədiyyəni kameranın önünə qoyub. Onun belə hərəkəti 9 fevral tarixində ölkədə keçirilən növbədənkənar parlament seçkilərində baş verən seçki saxtakarlığını xatırladıb. Belə ki, bəzi məntəqələrdə seçki dairələrinə qoyulan müşahidə kameralarının üzəri müxtəlif vasitələrlə örtülmüşdü.

Bir digər maraqlı məqam isə verilişin sonunda yaşanıb. Aparıcı Dadaş Dadaşlinski katibə Lyubaya zəng edərək telefonunun "zaryatkasının öldüyünü”, deyib. Lyuba isə cavabında "O sizin üçün ölüb, bizim üçün hələ sağdır”, sözlərini deyib. Lyubanın belə cavabı seçkilərdə baş verən bir məqamı xatırladıb.

Belə ki, məntəqəyə səs verməyə gələn vətəndaş, qohumunun öldüyü halda, onun yerinə səs verildiyini bildirib. Məntəqə işçisi bu zaman cavabında, "O, sizdən ötrü ölüb, bizdən ötrü yox”, sözlərini deyib.



Qeyd edək ki, sözügedən hadisənin Qazax rayonunun 1 saylı məntəqəsinin 107 nömrəli dairəsində baş verdiyi iddia edilib.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!