fotofakt

Azərbaycanda maska çatışmazlığı xərçəng xəstəsi uşaqları ölümlə üz-üzə qoyur – "Bizə təcili maska və spirt lazımdır"

Tarix:25-02-2020, 11:02
Baxış Sayı:107

Azərbaycanda maska çatışmazlığı xərçəng xəstəsi uşaqları ölümlə üz-üzə qoyur – "Bizə təcili maska və spirt lazımdır"
Azərbaycanda koronavirus təhlükəsi apteklərdə qoruyucu və dezinfeksiya vasitələrinin qiymətində bahalaşma və qıtlıq yaradıb.

Bu digər tərəfdən onkoloji, immun çatışmazlığı xəstəliyi, infeksion xəstəliklərdən əziyyət çəkən xəstələri, xüsusən leykozlu uşaqları ciddi təhlükə qarşısında qoyub.

Belə ki, hər gün qoruyucu tibbi maska, sprey spirt alan xəstələr və valideynlər bu gün çarəsiz qalıblar.

Leykemiyalı uşaqlara dəstək qrupu olan AYAN xeyriyyə qrupu bu barədə bəyənat yayaraq, dövlətdən təcili tədbirlər görməyi tələb edib:

"Bizi narahat edən əsas məsələ koronavirus deyil. Bizi narahat edən infeksion və immun sistemi zəif olan pasiyentlərdir. Əvvəl bu pasiyentlər 40-50 qəpik verib gündəlik qoruyucu vasitələrini alırdılar. İndi onlar gündə nə az nə çox 4-5 manat pul verməlidir ki qoruyucu vasitələri tapsınlar.

Ayan Xeyriyyə Qrupu olaraq son günlərdə aptekdə 10 qəpiyə satılan tibbi maskaların süni şəkildə 50-60 qəpiyə, balaca sprey spirtlərin 1,50-dən 3-5 manata qaldırılmasından, depolarda bu vasitələrə süni qıtlıq yaradılmasından narahatlığımızı bildirir və bununla bağlı müvafiq dövlət orqanlarının məsələyə müdaxilə etməsini tələb edirik.

Həmçinin dövlətdən onkoloji, imunnitet sisteminin zəifliyi, infeksion xəstəliklərdən əziyyət çəkən pasiyentlərin lazımi sayda zəruri tibbi qoruyucu vasitələrnən təmin edilməsini tələb edirik!

Əks halda onkoloji xəstələr arasında ölüm və əhali arasında infeksion xəstələrin artmasına səbəb olacaq”.//medicina.az

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!