fotofakt

"Xalqın bu vəziyyətə düşməsinin səbəbi "Azərsun"un keffiyyətsiz qida məhsullarıdır" - İTTİHAM

Tarix:8-06-2020, 10:45
Baxış Sayı:83

"Xalqın bu vəziyyətə düşməsinin səbəbi "Azərsun"un keffiyyətsiz qida məhsullarıdır" - İTTİHAM
Dünyanın inkişaf etmiş ölkələrində koronavirusun yayılma tempi azalmağa başladığı zamanda Azərbaycanda, Ermənistanda və Rusiyada yenidən yoluxma dalğası başlayıb. Hesab edirəm ki, Azərbaycanda müşahidə olunan artım trendinin 3 başlıca səbəbi vardır. Birincisi, pis idarəçilikdir. Bu özünü çevik və düzgün qərarların qəbul edilməməsində və zəruri tədbirlərin həyata keçirilməməsində göstərdi. Məsələn, bizim apardığımız kampaniya vasitəsilə metro və iri marketlər, Mallar gec də olsa bağlansa da, çox tez açıldı".

Pravda.az-ın xəbərinə görə, bunu İqtisadçı Qubad İbadoğlu deyib.

"Nazirlər Kabinetinin operativ qərargahı xüsusilə də iri marketlərdən və Mallardan pul qazananların təzyiqinə davam gətirə bilmədi. Digər tərəfdən İqtisadiyyat Nazirliyi, KOBİA və digər orqanlar Sədərək və Binə ticarət mərkəzlərinin rəhbərləri ilə görüşüb onlarla vəziyyəti müzakirə etməklə məsuliyyətdən kənarlaşdılar. Sədərək və Binə rəhbərliyini isə pul maraqlandırır, odur ki, onlar karantin rejiminin qaydalarının tətbiqinə heç səy belə göstərmədilər.

İkincisi, Azərbaycan xalqının imuniteti zəifdir. Xalqın bu vəziyyətə düşməsinin səbəbi "Azərsun"un keffiyyətsiz qida məhsullarıdır. Başqa alternativi olmayan illərlə ucuz və keyfiyyətsiz ərzaq məhsulları, günlərlə yavan çörəklə qidalanan əhalidən virusa qarşı hansı müqaviməti gözləmək olar ki? Digər tərəfdən də psixoloji durum, ümidsizlik insanların idmana həvəsini də öldürüb. Baxmayaraq ki, 100 milyonlarla dollar pul xərclənən olimpiya komplekslərin məqsədi idmanı inkişaf etdirmək, sağlam vətəndaş yetişdirmək deyil, korrupsiyanı çiçəkləndirmək olub. Belə olan halda da hansı müqavimətdən, imunitetdən danışmaq olar?

Üçüncüsü də etiraf etməliyik ki, xalqın virusdan qorunmaq istinkti də çox zəifdir, insanlar da laqeyddirlər, hakimiyyətə inanmırlar, virusu da oyun sayırlar, ciddi samırlar. Amma gerçəkdən bu virus var və çox çox təhlükəlidir. Odur ki, özünüzü gözləyin, üzərimizə gözəgörünməz düşmən, özü də böyük ordu ilə gəlir" - Q.İbadoğlu qeyd edib.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!