fotofakt

Xaricdə yaşayan azərbaycanlılardan ordumuza DƏSTƏK

Tarix:9-10-2020, 11:29
Baxış Sayı:58

Xaricdə yaşayan azərbaycanlılardan ordumuza DƏSTƏK
Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız son günlər ərzində Azərbaycan ordusunun qələbələri və işğal olunmuş torpaqlarımızın bir hissəsinin azad edilməsi münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik, təşəkkür məktubları ünvanlayıblar.

Redaktor.az xəbər verir ki, Prezidentin internet səhifəsində dərc olunan məktublarda Azərbaycan dövlətinə, xalqına və Prezidentinə dəstək ifadə olunub. Bildirilib ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı işğalçı Ermənistan ordusuna qarşı bu haqq mübarizəsində ölkəmizin yanındadır və ordumuzun qazandığı qələbələrdən qürur hissi keçirirlər. Soydaşlarımız, ehtiyac yaranarsa həm ön cəbhədə, həm də arxa cəbhədə Vətənin müdafiəsinə hazır olduqlarını bildirib.

Məktub müəllifləri arasında Rusiya Federasiyasından Fazil Qurbanov, Eldar Əliyev, Natəvan Əliyeva və Namiq Cəfərov, Gürcüstandan Abbas Abbasov, Bayram Abbasov, Natiq İsrailov, Xosrov İsmail, Svetlana Eyvazova, Nərgiz Eyvazova və Ramin Pirməmmədov, Almaniya Federativ Respublikasından Osman Dənizxanlı, ABŞ-dan Təranə Teylor, Nigeriyadan Billurə Bayramova, Niderland Krallığından Elsevər Məmmədov və Uğur Aslan, Ukraynadan Kamran Şabanov və Rövşən Tağıyev, Belarus Respublikasından Esmira Mirzəyeva, Türkiyə Cümhuriyyətindən Leyla Məmmədova və digər soydaşlarımız vardır.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!