fotofakt

Emin Əmrullayevdən ənənəvi tədrisə keçidlə bağlı VACİB AÇIQLAMA

Tarix:18-11-2020, 14:23
Baxış Sayı:94

Emin Əmrullayevdən ənənəvi tədrisə keçidlə bağlı VACİB AÇIQLAMA
"Biz hazırda koronavirusla bağlı böhranlı vəziyyətdəyik və bu vəziyyətdə idarəetmənin özünəməxsus çətinliyi var”.

AZXEBER.COM-un verdiyi məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev "ATV Aktual” proqramında bildirib.

Onun sözlərinə görə, hazırkı situasiya elə də asan deyil:

"İnanıram ki, müəyyən vaxt ərzində biz birlikdə bu vəziyyətdən çıxa bilərik. Hazırda bir milyon 200-dən artıq şagird, 120 mindən artıq müəllim virtual məktəbə qoşulub. Say artır. İnternetdə də çətinliklər mövcuddur. Bakı şəhərində 75-80 faiz şagird elektron təhsildən yararlanır.

Digər şagirdlərin isə teledərslərdən yararlandığına inanırıq. Hələlik situasiyanı izləyirik. Proses bitdikdən sonra monitorinq aparıb, müəyyən müdaxilələr hazırlaya bilərik”.

"Hazırda əyani məktəbə qayıtmaq risklidir. İnsanların həyatı ən vacib məsələdir.

İndi valideynlərdən bizə müraciətlər daxil olur ki, hazırkı vəziyyətdə üzbəüz dərslərin keçirilməsi risklidir. Pandemiya ilə bağlı vəziyyət imkan verərsə, əlaqədar qurumlarla razılaşdırılmaqla, ənənəvi təhsilin bərpa edilməsi Təhsil Nazirliyi üçün arzuolunandır.

Bəzi təhsil müəssisələri ənənəvi tədrisə keçmək üçün cəhd edirlər. Nazirlik monitorinq aparır və qarşısı alınır”, - deyə nazir qeyd edib.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!