fotofakt

Müharibə veteranlarına ŞAD XƏBƏR - Mayın 5-ə qədər...

Tarix:25-04-2019, 10:49
Baxış Sayı:117

Müharibə veteranlarına ŞAD XƏBƏR - Mayın 5-ə qədər...



"Prezidenti İlham Əliyevin "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncamının icrası istiqamətində işlərə başlanılıb".

Bea az xəbər verir ki, bunu Trend-ə özəl olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.Onun sözlərinə görə, proses mayın 5-nə qədər yekunlaşacaq:

"Sərəncam 9300 nəfərə şamil edilib. Onlardan 400-ü 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərdir. Onların hər birinə sərəncama əsasən 1000 manat məbləğində birdəfəlik maddi yardım veriləcək. Digərləri isə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmçinin öz şücaəti ilə, fədakar əməyi ilə orden və medallarla təltif edilmiş şəxslərdir. Hansı ki, hər birinə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi nəzərdə tutulur. Yaxın günlərdə bu vəsaitlər həmin kateqoriyadan olan insanların bank hesablarına köçürüləcək".

F.Talıbovun sözlərinə görə, sərəncamda birdəfəlik yardımın İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin övladlarına verilməsi nəzərdə tutulmur.

Xatırladaq ki, Prezident İlham Əliyev 23 apreldə "1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında" Sərəncam imzalayıb.

Sərəncam 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxsləri, müharibədə həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarını, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxsləri, döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərini, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxsləri, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarını əhatə edir.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!