fotofakt

Avropadan yayılan videolar ölkəni qarışdırdı, etirazların ikinci dalğası başladı

Tarix:29-09-2019, 21:54
Baxış Sayı:94

Avropadan yayılan videolar ölkəni qarışdırdı, etirazların ikinci dalğası başladı
Misirdə sentyabrın 27-də prezident Abdel Fəttah əs-Sisiyə qarşı etirazların ikinci dalğası başlayıb.

Fotofakt.az Virtualaz.org-a istinadən bildirir ki, ötən cümə günü sentyabrın 27-də Qahirədə, İsgəndəriyyədə və digər şəhərlərdə cümə namazından sonra on minlərlə insan küçələrə çıxaraq prezidentin istefasını tələb ediblər. Nümayişlər ertəsi gün, sentyabrın 28-də davam edib.
Şahidlərin bildirdiyinə görə, hakimiyyət ölkənin iri şəhərlərinə əlavə ordu qüvvələri və polis göndərib. Qahirədə polis etirazçılara qarşı gözyaşardıcı qaz tətbiq edib. İsgəndəriyyədə isə eyni vaxtda prezident tərəfdarlarının mitinqi keçirilib, insanları Qahirədən və digər şəhərlərdən mitinqə aparıblar. Onlar əllərində Misir bayraqlarını və əs-Sisinin portretlərini tutublar.
Xatırladaq ki, Misirdə etirazların birinci dalğası sentyabrın 21-də gecə başlayıb. Etiraz dalğasını başladan isə İspaniyada mühacirətdə olan tikinti podratçısı Muhammed Əlidir. O, əs-Sisinin və hökumətinin, o cümlədən hərbçilərin korrupsiya əməllərinə dair videoçıxışlar yayır. Həmin videoçıxılar internetdə böyük populyarlıq qazanır.
Belə etirazlar indiki Misir üçün nadir hadisədir, ona görə ki, 2013-cü ildə hakimiyyəti ələ alan və islamçıları devirən hərbçilər ölkədə etiraz aksiyalarının keçirilməsinə qanunla faktiki qadağa qoyublar.
"Associated Press” bildirir ki, hakimiyyət etirazların ikinci dalğasını çox keçmədən yatırıb və aksiya iştirakçılarını kütləvi şəkildə saxlayıb. Son məlumata görə saxlanılanların sayı 2 mindən yuxarıdır. Təşkilatçılar isə buna baxmayaraq əs-Sisiyə qarşı yeni mitinqlərə çağırırlar.
Ölkənin iri provayderləri isə Facebook-a və populyar messencerlərə, habelə müstəqil xəbər saytlarına girişi bloklayıblar. Polis iri şəhərlərdə insanların küçələrdə dayanmasına və qruplar halında cəmləşməsinə mane olur.
Avropada oturub Misiri silkələyən biznesmen Muhammed Əli isə ifşa videolarını davam etdirir. O, sentyabrın əvvəllərindən öz bloqunda Misir hakim elitasının həyata keçirdiyi irimiqyaslı oğurluqlara dair faktları açıqlayır. İspaniyaya qaçmazdan əvvəl 15 il Müdafiə Nazirliyinin podratçısı olan Muhammed Əli bildirir ki, iri müqavilələri rüşvətin köməyi ilə necə əldə edirdi. Habelə o əs-Sisinin və ətrafının büdcə pulları hesabına özlərinə saraylar, villalar tikdirdiyini nəql edir
Populist ritorikanın və insayder informasiyasının qarışığı sayəsində Muhammed Əlinin videoları internetdə sürətlə həm islamçılar, həm demokratlar arasında populyarlaşır. Hakim elitanın dəbdəbəli həyat tərzinə dair faktların açıqlanması əhalisinin 30 faizdən çoxu kasıblıq həddində yaşayan və Beynəlxalq Valyuta Fondunun ayırdığı 12 milyard dollar kreditin şərtlərinə görə sərt qənaət rejiminə əməl etməli olan ölkədə hiddətə səbəb olur.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!