fotofakt

Kollec direktorunun Çexiyada ailə şirkəti aşkarlanıb

Tarix:6-10-2019, 00:10
Baxış Sayı:247

Kollec direktorunun Çexiyada ailə şirkəti aşkarlanıb
Ölkənin mərurları xaricdə qurduqları "ehtiyat variat"la bağlı mətbuatda vaxtaşırı məlumatlar dərc olunur. Və bu problem nədənsə heş kimi narahat etmir.
Niyə görə bu dövlətdə vəzifə sahibi olanlar gələcəklərini xarici ölkələrlə bağlayırlar. Bu, öz dövlətinin gələcəyinə inamsızlıqdırmı, yoxsa qara yollarla əldə edilmiş sərvətin gizlinə daşınması? Hər iki hal bu ölkəyə vurulan zərbə hesab edilməlidir.

Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru Vilayət İsmayılovun Çexiyada şirkəti var.

Bizimyol.info xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

"Çexiyadakı "VORNAX SRO" şirkəti 2009-cu ilin yanvarında qeydiyyatdan keçirilib. Qeydiyyat sənədlərinə görə şirkət ticarət, xidmət və istehsal sahələrində fəaliyyət göstərir. Təsisçiləri Bakı Qida Sənayesi Kollecinin (keçmiş Bakı Yeyinti Sənayesi Texnikumu) direktoru, 9-cu mikrorayon, Cavadxan 5 ünvanında qeydiyyatda olan Vilayət İsmayılov, həyat yoldaşı Rəna İsmayılova, oğulları İsmayıl və Orxan İsmayılovlardır" deyə Cavanşir Həsənli qeyd edib.

Şirkət 200 min çex kronu nizamnamə kapitalı ilə Praqa Bələdiyyə Məhkəməsində 148653 C saylı lisenziya alıb. Qeydiyyat ünvanı Praqa, Modrany 4 göstərilib.

Qeyd edək ki, Vilayət İsmayılov eyni zamanda Yeni Azərbaycan Partiyası Nizami rayon Bakı Qida Sənaye kolleci ərazi ilk partiya təşkilatının sədridir. O, 2006-cı ilin dekabrından 1-dən 2015-ci il iyulun 13-dək Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin direktoru vəzifəsində çalışıb.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!