fotofakt

Vəkilin telefonundan gələn təhdid məktubları: Peterburqda iki mərkəz partladılacaq

Tarix:11-11-2019, 11:39
Baxış Sayı:57

Vəkilin telefonundan gələn təhdid məktubları: Peterburqda iki mərkəz partladılacaq
Dünən Peterburqdakı "Qalereya" ticarət mərkəzinin üç əməkdaşının şəxsi ünvanına iki mərkəzdə-"Qalereya" və “Jemçujnaya plaza”da terror aktı təhdidi ilə məktublar gəlib.
Fotofakt.az xəbər verir ki, "Operativ məktub" informasiya agentliyinin verdiyi məlumata görə, təhdid məktubları guya daha əvvəl Peterburq metrosunun iki stansiyasını partlatmaqla hədələmiş Moskva vəkilinin (adı göstərilmir) qızı tərəfindən imzalanıb...

Agentliyə məlum olub ki, məktub müəllifləri adları göstərilən ticarət mərkəzlərində eyni vaxtda 15 bomba partlatmaqla Şimali Qafqazın islam respublikalarının və Suriyanın "işğalı" üçün qanlı qisas vəd ediblər. İddia olunub ki, guya partlayıcı maddələrin bir hissəsini "Dağıstana, Türkiyə və Azərbaycandan keçirməklə Suriyadan" gətiriblər.

Bundan əlavə, anonim müəllifləri partlayışdan sonra sağ qalan müştəriləri zəhərli qazla təhdid ediblər – guya bunun üçün yeddi balon maddə hazırlanıb və onlar da ayrıca partlayıcı qurğular vasitəsilə partladılacaq.

Agentlik xatırladır ki, təhdid məktubları "Peterburq metropoliteni" idarəsinin rəsmi saytına 7 noyabrda mobil telefon nömrəsindən ibarət pulsuz elektron poçtdan daxil olub. Açıq girişdə Moskva Vəkillər Palatasının üzvü onu öz nömrəsi kimi göstərir. Deyilənə görə, hüquqşünas mövcud hakimiyyətə kəskin tənqidi münasibəti ilə məşhurdur. Hazırda vəkilin həqiqətən də bu cinayətdə iştirak edib-etməməsi dəqiqləşdirilir.

Agentliyin yazdığına görə, binalara və ətrafdakı ərazilərə baxış keçirilib, lakin təhlükəli heç nə aşkar edilməyib, təxliyə də aparılmayıb.

Məktub müəllifləri barəsində cinayət işinin başlanması məsələsinə baxılır.(virtualaz.org)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!