fotofakt

Paşinyan xüsusi xidmət orqanına göstəriş verdi: "Şeytanla əlaqəni tapın"

Tarix:15-11-2019, 10:53
Baxış Sayı:78

Paşinyan xüsusi xidmət orqanına göstəriş verdi: "Şeytanla əlaqəni tapın"
Ermənistanın baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Xidmətinə QR-kodun şeytanla əlaqəsi barədə araşdırma aparmağı tapşırıb.
Fotofakt.az xəbər verir ki, erməni KİV-lərinin verdiyi məlumata görə, bu haqda Paşinyan hökumətin iclasında bildirib.

Paşinyanın sözlərinə görə, o, Milli Təhlükəsizlik Xidmətinə “müəyyən dairələrlə şeytan arasında əməkdaşlığın yollarını və formasını” aydınlaşdırmaq barədə göstəriş verib. “Budur, siz gülürsünüz, amma problem varsa onu aydınlaşdırmaq lazımdır. Bu, milli təhlükəsizlik məsələsidir”,-baş nazir deyib.

QR-kod ingiliscə Response Code deməkdir və ştrix kodlar kimi əmtəə tanınma nişanıdır, ilk dəfə Yaponiyanın avtomobil sənayesi üçün işlənib hazırlanıb.

Milli Təhlükəsizlik Xidmətinin direktorunun səlahiyyətlərini icra edən Eduard Martirosyan təsdiq edib ki, Paşinyandan belə tapşırıq alıb və araşdırmanın nəticələrini ona təqdim edəcək.

Qeyd olunur ki, QR-kodla şeytan arasında əlaqəni hökumətin iclasında ətraf mühit naziri Erik Qriqoryanın çıxışından sonra müzakirə etməyə başlayıblar. Online ov icazəsi layihəsini təqdim edən nazir deyib ki, vətəndaşlar internet üzərindən öz işlərini yerinə yetirməyə həvəsli deyillər. Paşinyan da bununla razılaşıb və internet-sövdələşmələrin səviyyəsinin aşağı olmasını insanların məlumatsızlığı ilə əsaslandırıb.(virtualaz.org)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!