
Yaponiya dənizində, Cənubi Koreyanın Pxoxan limanı yaxınlığında "Silver Way" gəmisinin göyərtəsində yanğın baş verib.
Bizimyol.info xəbər verir ki, rus mətbuatı bildirir ki, yanğın zamanı gəminin göyərtəsində 13 rus dənizçisi olub.
Bildirilir ki, gəmi 2,5 min ton ağac daşıyıb və Naxodka-Pusan marşrutu boyunca Siyerra Leone bayrağı altında üzüb.
Qeyd olunur ki, yerli hakimiyyət gəmiyə kömək üçün patrul qayıqları, helikopter və yanğınsöndürmə dəstəsi göndərib.