fotofakt

İsrail Suriyada İranın hərbi obyektlərinə hava zərbələri endirib

Tarix:20-11-2019, 16:22
Baxış Sayı:166

İsrail Suriyada İranın hərbi obyektlərinə hava zərbələri endirib
İsrail Suriya ərazisinə hava zərbələri endirib.
Fotofakt.az xəbər verir ki, bu barədə İsrail ordusunun sözçüsü, polkovnik-leytenant Aviçay Adraee bildirib.

“Dünən Suriyadan İsrailə yönələn raket atəşinə cavab olaraq hərbi təyyarələrimiz İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin və Suriya ordusunun hərbi obyektlərinə hava zərbələri endirib. İranın mövqeyi İsrailin təhlükəsizliyinə, regionun stabilliyinə və Suriya hakimiyyətinə təhdiddir”, - deyə İsrail ordusunun sözçüsü qeyd edib.

O vurğulayıb ki, təxminən 20 hərbi obyektə hava zərbələri endirilib və bu obyektlərin çoxu Qüds qüvvələrinə məxsus olub, əsas hədəf isə Qüds qüvvələrinin Dəməşqdəki qərargahı olub.

İsrailin Baş Naziri Benyamin Netanyahu "Twitter"də bildirib ki, bu, İsrailin hücumlara cavab vermək iqtidarında olduğunun göstəricisidir: “Bizə zərər verənlərə zərər verəcəyimizi açıq şəkildə bildirirəm. Biz İsrailin təhlükəsizliyini təmin etməyə davam edəcəyik”.

Suriya dövlət mediası İsrailin hava hücumları nəticəsində iki mülki şəxsin həlak olması və bir neçə nəfərin yaralanması ilə bağlı məlumat yayıb.(apa)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!