fotofakt

Astronavt zibili açıq kosmosa atdı

Tarix:26-11-2019, 12:06
Baxış Sayı:66

Astronavt zibili açıq kosmosa atdı
Avropa Kosmik Agentliyinin astronavtı Luka Parmitano təmir zamanı çıxarılan bir detalı kosmosa atıb. Baş verənlər Beynəlxalq Kosmik Stansiyanın bütün iş prosesinin qeydə alındığı kameralar tərəfindən yayımlanıb. Bu barədə “Daily Mail” yazır.

Fotofakt.az xəbər verir ki, NASA öz İnstaqram hesabında həmin videonu yayımlayaraq, şərh edib: "Bəzən artıq sizə xidmət etməyən şeyləri buraxmalısınız".

Qeyd edək ki, bu sözlər “Netflix” kanalında yayımlanan və evin təmizliyinə həsr olunmuş populyar televiziya şousunun bir az dəyişdirilmiş şüarıdır. Atılan hissə - Beynəlxalq Kosmik Stansiyada 2011-ci ildən bəri işləyən maqnit alfa spektrometrinin qalxan yeridir. Cihaz hazırda təmirdədir. O, kosmik şüaları fiksasiya edir, eyni zamanda qaranlıq materiya və antimateriya axtarır. Əvvəlcə spektrometrin üç il xidmət edəcəyi gözlənilirdi, lakin bu günə qədər fəaliyyət göstərməyə davam edib. Bununla belə, son zamanlarda cihazdakı soyutma sisteminin yararsız hala düşdüyü və müvafiq avadanlıqların təcili dəyişilməli olduğu müəyyən edilib. Kosmik agentlik onu da vurğulayıb ki, atılan detal orbitdə uzun müddət qalmayacaq – Yer onu özünə cəlb edəcək və o, atmosferin qalın qatlarında yanacaq.(virtualaz.org)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!