fotofakt

Fransada son illərin ən böyük etiraz aksiyası keçirilir

Tarix:6-12-2019, 15:15
Baxış Sayı:52

Fransada son illərin ən böyük etiraz aksiyası keçirilir
Fransada dünəndən başlayan və pensiya islahatlarına qarşı olan ümummilli tətildə 100-dən artıq şəhərdə 800 mindən çox adam iştirak edib.
"İnterfaks" xəbər verir ki, bu barədə Parisdə işıq üzü görən "Le Monde" nəşri məlumat yayıb.

"Bu, həm dövlət, həm də özəl sektorda çox güclü mobillikdir", - Fransanın ən böyük həmkarlar ittifaqı olan Baş Əmək Konfederasiyasının baş katibi Filipp Martinez deyib.

Şəhərlər üzrə olan məlumatda bildirilir ki, paytaxt Parisdə küçələrə, təxminən, 65 min nəfər çıxıb. Tuluzadakı aksiyalarda 33 min, Marseldə 25 min, Bordoda 20 min, Nantda 19 min, Klermon-Ferranda 15 min, Lill, Ruan, Qrenoblda 12-13 min, Tur, Renn, Brest, Sent-Etyen, Bayonn və Poda azı 10 min, Strasburq, Perpinyan, Limoj, Sent-Nazer və Kanda 9 min nəfər qatılıb.

Nəticədə dünən iqtisadiyyatın bir çox sektorlarında və administrasiyanın müxtəlif səviyyələrində güclü "dayanmalar" olub, nəqliyyatın hərəkəti ciddi şəkildə pozulub.

Qeyd etmək lazımdır ki, fransızların küçələrə çıxmasına səbəb olan islahat çətin əmək şəraiti səbəbindən daha tez təqaüdə çıxmaq və ya artıq ödənişlər almağa imkan verən bir sıra peşə nümayəndələri üçün xüsusi kateqoriyaların aradan qaldırılması üçün hazırlanıb.(Report)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!