
“Nikol Paşinyan bir vaxtlar KİV-ə nəzarəti mühakimə edirdi, ancaq indi özü belə edir”.
Bunu dekabrın 19-da Ermənistan Jurnalistlər İttifaqının sədri Satik Seyranyan KİV nümayəndələri ilə söhbətində bildirib.
O, “yerevan.today”in redaksiyasında aparılan yoxlamanı buna nümunə göstərib.
Satik Seyranyan bildirib ki, baş nazir başda olmaqla, bütün vəzifəlilər jurnalistlərə dərs verməyə çalışır və barmaq silkələyirlər. O, belə halların artacağını istisna etməyib.
İttifaqın sədri Ermənistanın baş naziri Nikol Paşinyanın bir vaxtlar jurnalist fəaliyyətinə işarə edərək deyib: “Bizim keçmiş həmkarımız bir vaxtlar hakimiyyətin KİV-ə nəzarətinə qarşı çıxırdı. Öz hakimiyyəti dövründə eyni hadisə baş verir”.(virtualaz.org)