fotofakt

Bağdad aeroportuna zərbə: İran Qasım Süleymanidən başqa daha bir generalını itirib

Tarix:4-01-2020, 20:37
Baxış Sayı:110

Bağdad aeroportuna zərbə: İran Qasım Süleymanidən başqa daha bir generalını itirib
ABŞ-ın MQ-9 "Reaper” pilotsuz döyüş təyyarəsindən ötən gecə Bağdad aeroportuna endirilən raket zərbələri nəticəsində İran əfsanəvi Qasım Süleymani ilə bərabər daha bir generalını itirib.

Virtualaz.org xəbər verir ki, bu barədə ilk dəfə yanvarın 3-də səhər saatlarında Yaxın Şərq üzrə ixtisaslaşmış hərbi jurnalist və bloqer Babak Taqvey (Babak Taghvaee) özünün Twitter-bloqunda bildirib.

Jurnalistin yazdığına görə, general Qasım Süleymani ilə birlikdə "Əl-Qüds” xüsusi təyinatlı qüvvələrinin briqada generalı Hüseyn Cəfərnia, həmin qüvvələrin mayoru Hadi Taremi və polkovniki Şahrud Müzəffərnia da həlak olublar. Babak Taqvey həmin zabitlərin Süleymani ilə birlikdə fotolarını da yayıb.

Xatırladaq ki, İranın İraqdakı səfiri İrac Məscidi Amerika pilotsuz təyyarəsinin hücumu nəticəsində Qasım Süleymani və İraqdakı "Haşdi Şabi” qruplaşmasının komandirinin müavini Əbu Mehdi əl-Mühəndislə birlikdə onları müşaiyət edən 10 nəfərin də həlak olduğunu bildirib. Lakin həlak olanların qalanlarının adları açıqlanmırdı.

Daha sonra İnqilab Keşikçiləri Korpusunun "Əl-Qüds” qüvvələrinin qərargahı həlak olanların adlarını açıqlayıb. Açıqlamada deyilir ki, hücumda 5-i iraqlı olmaqla 10 nəfər həlak olub. Bunlar Qasım Süleymani ilə yanaşı briqada generalı Hüseyn Cəfəriniə, polkovnik Şahrud Müzəffəriniə, mayor Hadi Taromi və kapitan Vahid Zamaniandır.

Bəyanatda general Süleymaninin kürəkəninin də hücum zamanı öldürüldüyü haqda şaiyələr təkzib edilir. Bununla belə bildirilir ki, ölənlər arasında Bağdad aeroportunun protokol xidmətinin əməkdaşı da olub.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!