fotofakt

İraq xarici hərbi qüvvələrin ölkədən çıxarılması qərarı ilə vaxt qazanmaq istəyir

Tarix:6-01-2020, 11:15
Baxış Sayı:53

İraq xarici hərbi qüvvələrin ölkədən çıxarılması qərarı ilə vaxt qazanmaq istəyir
"İraq parlamenti Qasım Süleymaninin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsinin ardınca xarici hərbi qüvvələrin ölkədən çıxarılmasına çağıran qanun layihəsinə səs verib. İraq parlamenti belə bir qərar qəbul etmək məcburiyyətində idi".
Bizimyol.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O, qed edib ki, Bağdad iranlı generalın İraq ərazisində öldürülməsinə görə Amerikaya hansısa şəkildə etiraz etməli idi: "Ancaq Bağdadın Amerikaya həddən artıq sərt mövqe sərgiləməsi İraq hökumətinə problem yarada bilər. İraq parlamentindəki səsvermədə kürd və sünni millət vəkilləri iştirak etməyiblər. Bu isə o deməkdir ki, Amerika İraqın şimalındakı kürdlərdən Bağdada təzyiq məqsədi ilə istifadə edə bilər, üstəgəl İraqdakı sünni qruplar da İranın bölgədə fəallığının əleyhinədirlər.

Amerika İraq parlamentinin qərarına görə bu ölkədəki hərbi bazalarını dərhal boşaltmayacaq. Bu bazalarda 5 minə yaxın amerikalı hərbçi var. Vaşinqton Bağdaddakı beyinlərin soyumasını gözləyəcək. Elə İraq hökuməti də vaxt udmaq istəyir ki, İran öz generalının ölümündən tədricən özünə gəlsin və rasional qərarlar qəbul etməyə üstünlük versin".

E.Şahinoğlu bildirib ki, bütövlükdə isə dünya İranın cavab aksiyasına hazırlaşır və cavabın miqyasının böyük olmamasını arzulayır ki, Avrasiya bölgəsi müharibəyə sürüklənməsin: "Təsadüfi deyil ki, İran prezidenti və xarici işlər nazirinə zəng edənlərin sayı hesabı yoxdur. Müxtəlif ölkələrin,o cümlədən İrana qonşu ölkələrin rəsmiləri Qasım Süleymanini ölümü ilə əlaqədar Tehrana başsağlığı verməklə yanaşı, iranlı həmkarlarını sərt addımlardan çəkindirməyə çalışırlar.

Avropa da narahatdır. Təsadüfi deyil ki, İranın xarici işlər naziri Cavad Zərifi Brüsselə dəvət edilib. Ancaq müharibə şəraitində əsas söz sahibi hərbçilərdir. İranın dini lideri Əli Xamaneyinin hərbi məsələlər üzrə müşaviri Hüseyn Dehqan Amerikanın CNN kanalına müsahibəsində deyib ki, Amerikanın hərbi məntəqələrinə hücum hazırlayırıq".

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!