fotofakt

65 illik birgə həyatdan sonra eyni gündə dünyadan köçdülər - Fotolar

Tarix:21-01-2020, 16:42
Baxış Sayı:215

65 illik birgə həyatdan sonra eyni gündə dünyadan köçdülər - Fotolar
65 il bir yerdə yaşayan evli cütlük eyni gündə vəfat edib.
Bu barədə “New York Post” xəbər yayıb.

Bildirilir ki, onlar ömürlərinin son günlərini Missuri ştatının Sent Luis şəhərində “Qocalar evi”ndə keçiriblər.

86 yaşlı Cek Morrison və 83 yaşlı xanımı Harriet bir neçə saat fərqlə vəfat ediblər. Onların əl-ələ tutması üçün çarpayıları yanaşı olub.

Cek Morrison - Harriet: Cütlük eyni gündə ölüb

“Mən kədərliyəm. Ancaq bilirəm ki, onlar səmada bir yerdədir. Onların məhəbbət hekayəti barədə kitab yazmaq olar”, - deyə onların yaxın qohumu Syu Vaqener bildirib.

Cek Harrietlə 1955-ci ildə avtobus sürücüsü işləyərkən tanış olub. O, Harrieti sərnişinlərin arasında görüb və “Helloin günü”ndə şam etməyi təklif edib.

Cek Morrison - Harriet: Cütlük eyni gündə ölüb

“Həmin şam yeməyindən sonra onlar bir daha ayrılmadılar”, - deyə Vaqener bildirib.

Aşiq cütlüklər 1956-cı ilin may ayının 5-də evləniblər.

Onlar iki oğul böyüdüblər. Onlardan biri 2007-ci ildə xərçəng xəstəliyindən ölüb.

Morrisonlar ailəsi “Qocalar evi”nə ötən il səhhətləri ilə əlaqədar daxil olublar. Harriet itini gəzdirərkən ayağı büdrəyərək yıxılıb və omba sümüyünü sındırıb. Bir neçə aydan sonra isə Cek evdə yıxılaraq boyun sümüyünü zədələyib.

Son aylarda onların səhhəti pisləşmişdi, ömürlərinin sonuna yaxın isə yemək-içməkdən tamamilə kəsilmişdilər.

Onlar oğlanlarının yanında dəfn olunub. (oxu.az)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!