fotofakt

İrandan ABŞ-ın "əsrin sözləşməsi"nə reaksiya - yeni üsyan başlayacaq

Tarix:29-01-2020, 11:16
Baxış Sayı:132

İrandan ABŞ-ın "əsrin sözləşməsi"nə reaksiya - yeni üsyan başlayacaqBu, sülh və çiçəklənmə layihəsi deyil, sanksiya və məcburetmə layihəsidir", - İran Prezidentinin müşaviri
BAKI, 29 yanvar — Sputnik. Amerikanın Fələstin-İsrail məsələsinə dair "əsrin sözləşməsi" yeni intifada yaradacaq.

Sputnik Azərbaycan RİA Novosti-yə istinadən bildirir ki, bunu İran Prezidentinin müşaviri Hüsaməddin Aşna deyib.

"Bu, sionist rejimlə ABŞ arasında müqavilədir. Fələstinlilərlə hansısa qarşılıqlı münasibət gündəmdə deyil. Bu, sülh və çiçəklənmə layihəsi deyil, sanksiya və məcburetmə layihəsidir", - Aşna Twitter-də yazıb.
Onun sözlərinə görə, ABŞ BMT TŞ-nin qərarlarını birtərəfli qaydada vecinə almır.

"Daha bir intifada gözləyirik", - deyə Aşna əlavə edib.

İntifada (ərəbcə - انتفاضة‎) üsyan deməkdir, ərəblərin ərazilərin azad olunması uğrunda və ya hökumət əleyhinə hərəkatıdır. Hazırda bu söz daha çox fələstinlilərin İsrailə qarşı İordan çayının Qərb sahili və Qəzza zolağında apardıqları mübarizə mənasına gəlir.

Bu arada ABŞ Prezidenti Donald Tramp "əsrin sözləşməsi" çərçivəsində İsraillə Fələstinin yeni xəritəsini paylaşıb.


​"Paytaxtı Yerusəlimin şərqində olacaq gələcək Fələstin dövləti belə görünə bilər", - Tramp yazıb.

"Mən həmişə İsrail dövlətinə və yəhudi xalqına dəstək verəcəm. Onların təhlükəsizliyini və tarixi vətənlərində yaşamaq hüquqlarını tam dəstəkləyirəm. Sülh zamanıdır", - Tramp qeyd edib.
Mesajlarını Amerika lideri eləcə də ivrit dilində və ərəbcə təkrarlayıb.

Dərc olunmuş xəritəyə görə, Fələstini iki sərhəd keçidli magistralla İordaniya ilə birləşdirmək nəzərdə tutulur. Fələstinin Qərb sahili İordaniyadan İsrail torpağının şəridi ilə ayrılacaq. Bundan başqa, Qəzza zolağı əhəmiyyətli dərəcədə genişləndiriləcək. Ona Misirlə sərhəddəki iki iri rayon birləşdiriləcək. Trampın təklif etdiyi xəritədə Suriyanın Qolan təpələri də İsrail ərazisi kimi göstərilir.

İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Abbas Musəvi isə "əsrin sözləşməsi"nin fiaskoya uğrayacağından əmindir.

""Əsrin sözləşməsi" - ABŞ-ın indiki hökumətinin hazırladığı Fələstin-İsrail probleminin həlli planıdır. Bu plan Fələstin dövlətinin qurulmasını nəzərdə tutur. Eyni zamanda fələstinlilərin nəzarət etdikləri ərazinin indi olduğundan iki dəfə çox artırılması planlaşdırılır. Güman olunur ki, yekun razılaşma 4 il müddətində baş tutacaq. Ancaq bu cür fitnəkar layihələr həmişə iflasa uğrayır", - Musəvi deyib.

Onun sözlərinə görə, İran regionun digər ölkələri ilə fikir ayrılığına rəğmən, "əsrin sözləşməsindəki islam dünyasına qarşı gizli fitnəyə" qarşı mübarizə aparmağa və bununla bağlı əməkdaşlığa hazırdır.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!