fotofakt

Suriyada müharibə yenidən qızışdı: Türkiyə Rusiyaya hərbi cavab hazırlayır

Tarix:3-02-2020, 13:22
Baxış Sayı:169

Suriyada müharibə yenidən qızışdı: Türkiyə Rusiyaya hərbi cavab hazırlayır
Suriyanın İdlib əyalətində vəziyyət yenidən gərginləşib.

Bizimyol.info xəbər verir ki, Rusiyanın himayə etdiyi Bəşər Əsəd ordusu həmin ərazilərə hücum edib. İlkin məlumatlara görə, Türkiyənin müdafiə etdiyi müxalif qüvvələr xeyli itki veriblər. Xarici medianın yazdığına görə, itkilərin sayı yüzlərlə ölçülür.

Ardınca Türkiyə ordusu münaqişə zonasına əlavə hərbi qüvvə cəlb etməyə başlayıb. Ehtimal olunur ki, Türkiyə Əsəd ordusuna cavab zərbəsi hazırlayır.

Az əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putini razılaşmaları pozmaqda ittiham etmişdi. Xatırladaq ki, İdlib əyalətində atəşkəslə bağlı Rusiya və Türkiyə razılığa gəlmişdilər. Amma Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejimi razılaşmaya əməl etməyib. Əsəd belə bir razılaşmanın əleyhinədir. Onun fikrincə, Rusiya və Türkiyə arasında belə belə bir razılaşmanın olması faktiki olaraq Suriyanı iki yerə parçalayır və böyük bir ərazi Əsədin nəzarətindən birdəfəlik çıxır.

ABŞ isə hesab edir ki, Türkiyənin məqsədi həmin ərazilərdən kürdləri sıxışdırıb çıxarmaq və öz nəzarətində olan ərəbləri o ərazilərdə məskunlaşdırmaqdır. Türkiyə həmin ərazilərdə fəallıq edən PKK-nı terror təşkilatı sayır, ABŞ isə kürdləri İŞİD-ə qarşı mübarizədə müttəfiq hesab edir.

Hazırda Rusiya Türkiyəyə S-400 müdafiə sistemləri satmaq istəyir və müşahidəçilərin fikrincə, Vladimir Putin İdlib kartından Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edir. Faktiki olaraq İdlibdə döyüşlər Rusiya və Türkiyə arasında gedir. Sonuncu hücumdan sonra Ankara və Moskva arasında qarşıdurmanın açıq müstəviyə keçməsi də istisna olunmur.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!