
Türkiyə Manisa şəhərinin Akhisar qəsəbəsində 5 bal gücündə zəlzələ baş verib.
"Ölkə.Az” CNN Türk-ə istinadən xəbər verir ki, zəlzələ ocağı yerin 9,7 km dərinliyində yerləşib.
Dağıntı olub-olmadığı haqqında məlumat yoxdur.
Qeyd edək ki, 24 yanvarda Elazığda baş vermiş 6,8 bal gücündəki zəlzələ nəticəsində 41 nəfər ölmüş, 1607 nəfər də yaralanmışdı. Bu zəlzələdən sonra 10 gün ərzində həmin bölgədə yüzlərlə irili-xırdalı zəlzələ qeydə alınıb.