
İstanbul Sabiha Gokcen hava limanına Pegasus hava yoluna məxsus təyyarənin sərnişin enişi zamanı baş verən qəza nəticəsində ölənlərin sayı 3 nəfərə çatıb, 179 yaralı var.
Qaynarinfo xəbər verir ki, bu haqda "Anadolu” agentliyinə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında deyib.
Buna qədər 157 yaralı olduğu bildirilirdi.
Qəza bir gün əvvəl baş verdi: İzmirdən gələn bir layner eniş zamanı uçuş-enmə zolağından çıxaraq üç hissəyə parçalanıb. Ümumilikdə təyyarədə 183 nəfər olub: 177 sərnişin, o cümlədən iki uşaq və altı ekipaj üzvü.
İlkin məlumata görə, faciəyə pis hava şəraiti səbəb oldu. Aeroport bağlanıb, Türkiyə Baş Prokurorluğu istintaqa başlayıb.