
Suriya Prezidenti Bəşər Əsəd Rusiyanın yardımı olmadan bir həftə belə hakimiyyətdə qala bilməz.
Axar.az xəbər verir ki, bunu ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri deyib.
O, Moskvanın Suriyaya münasibətdə siyasətini dəyişməklə bağlı çağırış edib. Cefri Moskvanın BMT, ABŞ və digər ölkələrin tələblərini icra etməsini istəyib. Diplomatın sözlərinə görə, Rusiya həmçinin İran hərbçilərinin regiondan getməsinə yardım etməlidir.