![]()
Türkiyənin Malatya şəhərində 4,1 bal gücündə zəlzələ baş verib.
Fotofakt.az "Qafqazinfo” -ya istinadən xəbər verir ki, bu barədə Fövqəladə və Təbii Fəlakətlər İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar saat 05:08-də şəhərin Pütürge rayonunda, yerin 7 km dərinliyində qeydə alınıb.
Dağıntılar və xəsarət alanlar olmayıb.