fotofakt

Gürcüstanla Ermənistan arasında gediş-gəliş belə olacaq

Tarix:5-03-2020, 12:08
Baxış Sayı:121

Gürcüstanla Ermənistan arasında gediş-gəliş belə olacaq
Ermənistan və Gürcüstan vətəndaşları sərhədi ID kartı (şəxsiyyət vəsiqəsi) ilə keçə biləcəklər.

Fotofakt.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında bildirib.

Onun sözlərinə görə, bu barədə Ermənistan və Gürcüstan arasında niyyət memorandumu imzalanıb: “Sənədin icrası nəticəsində vətəndaşlar sərhədi ID kartı ilə keçmək imkanı əldə edəcəklər. Biz bu razılaşmanı həyata keçirmək barədə razılığa gəlmişik”.

Razılıq N.Paşinyanın Gürcüstana 3-4 mart tarixində baş tutan rəsmi səfəri çərçivəsində əldə olunub. Bu vaxta qədər hər iki ölkənin vətəndaşları sərhədi yalnız xarici pasportla (adi və biometrik) keçə bilirdilər. İki ölkə arasında ID kartla gediş-gəliş barədə qərarın nə zaman qüvvəyə minəcəyi hələlik məlum deyil.

Qeyd edək ki, hazırda Ukrayna və Türkiyə vətəndaşları Gürcüstana ID kartla daxil ola bilir.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!