fotofakt

Nikol hansı güzəştə hazırdır? Nə deyir axı? - Arkov

Tarix:7-10-2020, 22:25
Baxış Sayı:65

Nikol hansı güzəştə hazırdır? Nə deyir axı? - Arkov
Ermənistanım Baş naziri Nikol Paşinyanın “güzəşt” anlayışına konkret olaraq nəyin daxil olduğu tam aydın deyil. Əgər İrəvan döyüşlər zamanı itirilən əraziləri rəsmi Bakıya “güzəşt etməyə” hazırdırsa, onlar artıq Azərbaycanın nəzarətindədir. Azərbaycan bu əraziləri yenidən müzakirə etmək üçün azad etməyib.

KONKRET.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq, PolitRUS şəbəkəsinin təsisçisi və rəhbəri Vitali Arkov deyib.

Onun sözlərinə görə, söhbət ən azından Ermənistanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi yeddi Azərbaycan rayonunun rəsmi Bakının nəzarəti altına qaytarılmasından getməlidir:

“İrəvan buna hazır olduğunu elan edərsə, qarşılıqlı “güzəşt” olaraq (Paşinyanın terminologiyasına görə) rəsmi Bakıdan müstəsna olaraq humanitar məqsədlər üçün yeni Laçın dəhlizi yaratmasına razılıq gözləyə bilər. Şəxsən mən birinci dəfə deyil ki, bunun zəruriliyi barədə danışıram. Əgər Paşinyan “Dahi Nikol” olmaq və xarici torpaqları ələ keçirmək əvəzinə Ermənistanın əvvəlki liderlərinin bağladığı müqavilələri yerinə yetirsəydi, bu gün dinc insanlar ölməzdi, özü isə mümkün olan hər kəsdən kömək istəmək məcburiyyətində qalmazdı”.

Rusiyalı ekspert vurğulayıb ki, sülh danışıqlarının bərpası üçün rəsmi Bakının “təhlükəsizlik kəməri” adlandırılan rayonlarını geri qaytarmaq kifayət deyil:

“Bunun üçün Dağlıq Qarabağ ərazisindən özünü “dqr müdafiə ordusu”nun hərbi qulluqçuları kimi tanıdan erməni hərbçiləri, həmçinin bütün döyüş texnikası çıxarılmalıdır. Yalnız bu şərtlə bölgəyə sülhün qaytarılmasından söhbət gedə bilər və Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlara başlamaq mümkün olar. İçimdə bir hiss var ki, bu danışıqları artıq Paşinyan aparmayacaq”.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!