
Ermənistanın baş naziri Nikol Paşinyan arxa cəbhədə orduya xəyanət edildiyini bildirib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.
Onun sözlərinə görə, Dağlıq Qarabağdakı əsgərlər xəyanətə təhrik olunur.
Baş nazirin Facebook səhifəsində dediyi kimi həyəcan siqnalı bir neçə gün əvvəl alınıb:
“Bəzi insanlar cəbhə bölgələrindən birinə gələrək döyüşən əsgərlərə “mövqeləri tutmağın mənası yoxdur” deyirlər və inandırırlar ki, Nikol ərazini satıb, bu, əslində şərti bir müharibədir. Əsgərləri buraya öldürmək üçün gətiriblər.
Ən pisi, bu cür fəaliyyətlərin cəbhə xəttinin digər hissələrində də olduğu barədə məlumatlar var. Hər şey tapılmalı və hesabat verilməlidir. Bəzi məlumatlara görə, əsgərləri hərbi mövqeləri tərk etməyə razı salmağa çalışırlar”.
Paşinyan bu faktla bağlı cinayət işi açıldığını, Xankəndi sakinlərindən birinin artıq tutulduğunu və həbs olunduğunu söyləyib.