fotofakt

Öldüyü deyilən körpə dəfn edilərkən gözlərini açdı

Tarix:21-10-2020, 10:20
Baxış Sayı:59

Öldüyü deyilən körpə dəfn edilərkən gözlərini açdı
Öldüyü deyilən körpə qız dəfninə bir neçə dəqiqə qalmış “dirilib”.

“The Daily Star”ın məlumatına görə, qorxunc hadisə Banqladeşin paytaxtı Dəkkə şəhərində baş verib.

Məlumata görə, şəhərdə tibb kollecinin nəzdindəki xəstəxanada 27 yaşlı Şahinur Aktyor hamiləliyinin altıncı ayında dünyaya qız uşağı gətirib. Ancaq həkim vaxtından əvvəl doğulan körpənin bir neçə dəqiqə sonra öldüyünü bildirib.

Xəstəxana işçiləri “ölü” uşağı əlcək qutusuna qoyaraq, qadının həyat yoldaşı Yeasin Molla verirlər və dəfn etmək üçün Azimpurdakı qəbiristanlığa aparmasını deyirlər. Ata uşağı qəbiristanlığa aparıb, lakin ona uşağını başqa, daha ucuz yerdə dəfn etməyi təklif edirlər. Ata deyilən yerə gedərək dəfn barədə razılığa gəlir. Qəbiristanlıq işçisi qəbri qazandan sonra uşağı oraya endirərkən qutu birdən tərpənib.

“Qutunu açdım və uşağımın sağ olduğunu gördüm. Qızım tərpənir və ağzını açırdı”, - deyə Moll olanları xatırlayıb.

O, yeni doğulmuş qızını xəstəxanaya qayıdıb.

Növbətçi həkim və tibb bacısı əvvəlcə boş yerlərinin olmadığını deyərək, onu qəbul etməkdən imtina edirlər.

Ancaq Moll səhv üçün həkimlərin cavab verməli olduğunu deyib.

Nəticədə körpə xəstəxanaya yerləşdirilib. Hazırda o, özünü yaxşı hiss edir.

Xəstəxana səlahiyyətliləri hadisə ilə bağlı yoxlamalara başlayıb.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!