fotofakt

Paşinyan "ÖLÜB" - Ermənilər onu necə "DƏFN" edəcəklər?

Tarix:4-11-2020, 12:05
Baxış Sayı:100

Paşinyan "ÖLÜB" - Ermənilər onu necə "DƏFN" edəcəklər?
“Hazırda Ermənistan cəmiyyəti N.Paşinyana qarşı çox aqressivdir. Hələ onlar bütün gerçəklikləri bilmirlər. Təsəvvür edin ki, əsl gerçəkliklər məlum olsa, nə baş verəcək?!”

Bu sözləri Redaktor.az-a Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev deyib. O qeyd edib ki, erməni xalqı N.Paşinyana belə bir sual ünvanlayacaq: Belə olacaqdısa, niyə bu qədər adamın ölümünə səbəb oldun?

"Bütün bunların qarşısında dayanmaq N.Paşinyan üçün asan olmayacaq. Onun belə bir əminliyi var ki, Rusiyadan uzaqlaşmaq, Qərbə sığınmaqla xilas olacaq.

Azərbaycan tərəfi də Ermənistanın məsuliyyətini müəyyən etmək üçün sənədləşmə işləri aparır. Biz onlardan külli miqdarda təzminat tələb etməliyik. Üstəlik, N.Paşinyan dinc əhaliyə qarşı son terror aktları ilə bağlı da beynəlxalq hüquq qarşısında cavab verməlidir. Hər tərəfdən məngənədə qalan N.Paşinyanın xilas olmaq şansı yoxdur. Onun bundan sonrakı bütün hərəkətləri bataqlıq effekti verəcək. İrəliləməyə çalışdıqca batacaq. Bunun biz üçün elə bir əhəmiyyəti yoxdur. Azərbaycan artıq öz məsələsini həll edib. N.Paşinyan artıq "ölüb", sadəcə, Erməni xalqı və siyasətçiləri onun necə "dəfn" edilməsi istiqamətində fikirləşir”.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!