fotofakt

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır

Tarix:2-12-2020, 22:16
Baxış Sayı:103

Araik Arutunyan terrorçuları Xankəndiyə toplayır
10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Rusiya sülhməramlılarının əhatəsində özünü güvəndə hiss edən Dağlıq Qarabağdaki separatçıların "rəhbəri" Araik Arutunyan özü kimi terrorçuları Xankəndiyə toplamağa davam edir.

Fotofakt.az-nin modern.az-a istinadən məlumatına görə, Araik Arutunyan bu gün sosial şəbəkədə yazdığı xəbərdə bildirib ki, Vitali Balasanyanı Dağlıq Qarabağ bölgəsindəki işğalçı rejimin "Təhlükəsizlik Şurasının katibi” postuna təyin edib.

Araik Arutunyan Mane Vanya Tandilyan adlı erməni qadını isə Dağlıq Qarabağ separatçılarının "əmək, sosial məsələlər və mənzil naziri” vəzifəsinə gətirib.

Xatırladaq ki, əslən Əsgərandan olan Vitali Balasanyan Azərbaycan torpaqlarının işğalında fəal iştirak edib. O, Qarabağdakı soyqırımı cinayətlərinin ən qatı iştirakçılarındandır. Dağlıq Qarabağda separatçıların "diviziya komandiri”, "müdafiə nazirinin müavini” olub.

Görünən odur ki, Araik Arutunyan Azərbaycan Ordusunun Qarabağdakı işğalçılara verdiyi dərsdən hələ ki nəticə çıxarmayıb.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!