fotofakt

Yerin asteroidlə toqquşma təhlükəsi var — NASA rəhbərindən XƏBƏRDARLIQ

Tarix:7-05-2019, 09:19
Baxış Sayı:89

Yerin asteroidlə toqquşma təhlükəsi var — NASA rəhbərindən XƏBƏRDARLIQ


NASA-nın rəhbəri Cim Braydenstayn planetimizin sakinlərini təşvişə salan bəyanatla çıxış edib.
Beş.az "Ölkə.Az"a istinadən xəbər verir ki, NASA rəhbəri bəşəriyyətə planetimizə dağıdıcı asteroidin düşəcəyinə hazırlaşmaq barədə xəbərdarlıq edib. NASA direktorunun fikrinə əsasən, təhlükə çox böyükdür və bir çoxumuz canlı həyatın nə böyük təhlükə qarşısında olduğunu dərk etmir.

Braydenstayn dünya ictimaiyyətinə Çelyabinsk meteoriti barədə məlumat verib. Mütəxəssis bildirib ki, meteoritin diametri 20 metr olsa da, atmosferimizə daxil olduqdan sonra Xirosimoya atılan nüvə bombasından 30 dəfə böyük güclə partlayıb.

NASA rəhbəri bildirib ki, Çelyabinsk meteoriti şəhərlərin üzərində partlayıb və dağıntılara yol açıb. Bəzi meteoritlər isə xoşbəxtlikdən okeanlara düşür. NASA alimlərinin hesablamalarına əsasən, heç olmasa 60 ildə bir dəfə yaşayış məntəqələrinə düşəcək və diametrləri 20 metrdən böyük olacaq. Əgər belə səma cismləri əhalinin sıx yaşadığı yerə düşsə, faciənin miqdarı çox böyük olacaq. Məsələn, 140 metrlik asteroid bir Avropa ölkəsini tamamilə məhv edə bilər. Braydenstayn dünya dövlətlərini təhlükə ilə üzləşməyə çağırsa da, bunun qarşısını almağın yollarından danışmayıb.
Hələlik Yerə doğru uçan asteroidləri nüvə başlıqları ilə havada partlatmaq fantastika sayılır.

Qeyd edək ki, hazırda "2007 F3" asteroidi Yerə doğru hərəkət edir. Diametri 340 metr olan bu asteroid oktyabr ayında planetimizlə toqquşa bilər...

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!