fotofakt

Azərbaycanda uşaqlara ad verilməsi qaydaları dəyişir

Tarix:15-05-2019, 10:37
Baxış Sayı:102

Azərbaycanda uşaqlara ad verilməsi qaydaları dəyişir


Azərbaycanda uşaqlara adların verilməsi ilə bağlı tətbiq olunacaq yeni qaydalarla bağlı lazımi tövsiyyələr Milli Elmlər Akademiyası tərəfindən Nazirlər Kabinetinə təqdim edilib və hazırda tövsiyyələr müzakirə olunur, bu barədə Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.


Onun sözlərinə görə, tövsiyyələr ondan ibarətdir ki, iki-üç mərhələli mürəkkəb adların qoyulması məsləhət deyil, adların milli mənsubiyyəti olmalıdır: "Bəzən uşaqlara milli mənsubiyyətə uyğun olmayan adlar qoyurlar, misal üçün Vera, Zara və s. Eyni adların müxtəlif cür yazılması məsələsi də tövsiyyələr arasında öz əksini tapıb. Məsələn, "Mehti” - "Mehdi”, "Müşvik" - "Müşfiq" kimi adlardan yalnız biri yazılacaq”.

N.Cəfərov əlavə edib ki, iki və ya üç adın birləşməsindən ibarət adın qoyulması da tövsiyyə olunmur: "Ümumiyyətlə, iki addan ibarət olan adlara da müəyyən məhdudiyyətlər qoyulub və mümkün qədər Allahverdi, İmamqulu kimi adların qoyulması tövsiyyə olunmur”.

Komitə sədri əlavə edib ki, ümumiyyətlə, həmişə çalışılıb ki, yeni nəsilə milli və mürəkkəb olmayan adlar qoyulsun: "Amma indi məsələ daha çox sərtləşdirilməlidir. Yəni, bununla bağlı sənəd qəbul olunarsa, artıq bu sahədə olan problemlər qanunla həll olunacaq”.

Sənədin hansı formada qəbul ediləcəyi məsələsinə gəlincə isə, N.Cəfərov bildirib ki, bu istiqamətdə müzakirələr hazırda aparılır:

"Biz Milli Məclisin Mədəniyyət komitəsi kimi bu fikirdəyik ki, hətta Nazirlər Kabinetinin qərarından sonra da "Adlar və soyadlar” haqqında ayrıca bir qanun qəbul edilsin. Yəni, bəzən qərar gələcək nəsillərə çatmır, amma qanunun əsasında sonrakı dövrdə də çoxlu qərarlar qəbul oluna bilər”.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!