fotofakt

Xüsusi xidmətin keçmiş rəhbəri Paşinyanı “zibilliyə tullamaqla” hədələdi

Tarix:23-09-2019, 17:00
Baxış Sayı:71

Xüsusi xidmətin keçmiş rəhbəri Paşinyanı “zibilliyə tullamaqla” hədələdi
Ermənistanın baş naziri Nikol Paşinyanla bu günlərdə istefa gedən Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyan arasında ciddi publik qarşıdurma yaranıb. Virtualaz.org xəbər verir ki, Paşinyan Los-Ancelesdə keçirdiyi mətbuat konfransı zamanı Vanetsyanın istefa bəyanatı barədə sondan soruşublar. Vanetsyan Milli Təhlükəsizlik Xidmətinin saytında səs-küylü bəyanat yayaraq Paşinyanı “dayanmağa” çağırmışdı və istefasının “ayıldıcı mesaj” olduğunu, bu hökumətdə işləməyən zabit şərəfi ilə bir araya sığmadığını demişdi.

“Cənab Vanetsyan de-yure Milli Təhlükəsizlik Xidmətinin direktoru olaraq mahiyyətcə öz ali baş komandasına qarşı bəyanat verir, zabit şərəfinə bundan alçaldıcı münasibət ola bilməz. Siz başa düşürsünüz söhbət nədən gedir?”,-Paşinyan Los-Ancelesdə deyib.

Onun sözlərinə görə, bu məqam araşdırılmalııdr. Paşinyan əlavə edib ki, Artur Vanetsyanın bəyanatının Milli Təhlükəsizlik Xidmətinin saytında yerləşdirilməsindən və daha sonra çıxarılmasından xəbərsiz idi. “Mənə elə gəldi ki, fərman artıq imzalanıb. Bəyəm zabit belə hərəkət edər? Bilirsiniz bu nədir? Bu zabit poqonlarını zibil yeşiyinə atmaqdır. Sonuncu dəfə 1991-ci ildə qiyamçılar belə eləmişdi”,-o deyib.

Paşinyanın sözlərinə görə, Ermənistan hökuməti daha əvvəlki hökumət deyil, ölkədə də belə şeylərin baş verəcəyi ölkə deyil. “Bu silahlı qüvvələrə hörmətsizlikdir. Və mən çox şadam ki, Ermənistan ictimaiyyəti bu hala öz dəqiq münasibətini bildirdi”,-o əlavə edib.

Paşinyanın dediklərinə Vanetsyan sərt cavab verib. “Nikol Paşinyan Los-Ancelosda keçirdiyi mətbuat konfransında yenidən məlumatı az olan məsələlərdən danışıb. İstefa verməyimə baxmayaraq, Nikol Paşinyan yanıma adam göndərərək vəziyyətin sakitləşməsi üçün susmağımı xahiş edir. Ancaq mənə elə gəlir ki, o növbəti dəfə anlaşmanı pozaraq, aydın olmayan, populist bəyanatlar verib. O, dediyi sözlərin nəticəsi barədə yenə düşünmür. Nə vaxtadək ictimaiyyətə yalan danışıb, “bizimlə olmayanlar - milləti satanlardır” tezisini irəli sürəcək? Onunla razı olmayanlarla xələflərinin etdiyi kimi davranır. Mən yenə təkrar edirəm, məni əvvəlkilərlə bağlamağa cəhd etməyin”, - keçmiş direktor Vanesyan baş naziri hədləyib.

O, Nikol Paşinyanı Konstitusiyanı bilməməkdə də ittiham edib. Bildirib ki, ölkənin əsas qanununa əsasən, müharibə şəraiti olmayanda baş nazir ali baş komandan səahiyyətini daşımır: "İstefa barədə bəyanatımı oxusa, əminəm ki, nəyi nəzərdə tutduğumu anlayacaq. Ona görə də zamanın kimin və nəyin zibilliyə atacağını göstərəcəyinə əminəm”.

Vanetsyan qeyd edib ki, ictimaiyyətin əhvalına qısamüddətli təsir göstərməyə çalışaraq Paşinyan dediklərinin hansı nəticələrə səbəb olacağını nəzərə almır. “Təsəvvür edin, birdən mən sözlərimin nəticələri barədə düşünmədən danışmağa başlasam nə olacaq”,-o deyib.

Keçmiş xüsusi xidmət direktoru əlavə edib ki, hərbi biliklərə malik olmayan , hərbi qulluqçuların düşüncə tərzi barədə səthi təsəvvürü olan və onların Vətən qarşısında borcunun nədən ibarət olduğunu dərk etməyən biri zabit şərəfi və paqonun əhəmiyyəti haqda danışa bilməz.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!