fotofakt

İmran Xan İƏT Təmas Qrupunun üzvləri ilə Kəşmir məsələsini müzakirə edib

Tarix:25-09-2019, 17:38
Baxış Sayı:54

İmran Xan İƏT Təmas Qrupunun üzvləri ilə Kəşmir məsələsini müzakirə edib
Pakistanın Baş Naziri İmran Xan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun üzvləri ilə görüşüb.
Təmas Qrupunun üzvləri ilə görüşdə Baş Nazir bildirib ki, dünya ictimaiyyətinin Kəşmir məsələsinə münasibəti onları məyus edib.

İ. Xan qeyd edib ki, 8 milyondan artıq günahsız kəşmirli 51 gün ərzində Hindistan tərəfindən əsir götürülüb.

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində keçirilən İƏT-in Cəmmu və Kəşmir üzrə Təmas Qrupunun görüşünə Səudiyyə Ərəbistanı, Türkiyə və Azərbaycanın xarici işlər nazirləri də qatılıb.

Qeyd edək ki, avqustun 5-də Hindistan prezidenti Ram Nat Kovind Cəmmu və Kəşmir ştatını xüsusi statusdan məhrum etməklə bağlı fərman imzalayıb. Fərmana əsasən, Cəmmu və Kəşmir ştat statusunu itirəcək və ittifaq ərazisi olacaq. Bundan əlavə, Cəmmu və Kəşmirin tərkibində olan Ladakx vilayəti də ayrıca ittifaq ərazisi olacaq. İttifaq əraziləri ştatlardan fərqli olaraq, birbaşa federal hökumət tərəfindən idarə olunur. Cəmmu və Kəşmirin bir sıra bölgələrində Hindistan hökumətinin bu qərarına qarşı kütləvi etirazlar keçirilib. (apa)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!