fotofakt

Vaqif Mustafayevin Bakıya dair təşəbbüsü Moskvada dəstəkləndi

Tarix:21-10-2019, 17:17
Baxış Sayı:78

Vaqif Mustafayevin Bakıya dair təşəbbüsü Moskvada dəstəkləndiTanınmış Azərbaycan rejissoru, Avrasiya Televiziya və Radio Akademiyasının birinci vitse-prezidenti Vaqif Mustafayevin hələ iki il əvvəl Bakı şəhərinə “Qəhrəman şəhər” adının verilməsi ilə bağlı irəli sürdüyü təşəbbüs postsovet məkanında yeni hərəkatın yaranmasına təkan verib.

Yenicag.az xəbər verir ki, bu barədə Moskvada keçirilən mətbuat konfransında Avrasiya Xalqları Assambleyasının Ali Şurasının üzvü, Avrasiya Televiziya və Radio Akademiyasının prezidenti Valeri Ruzin məlumat verib:

“Bakıda keçirilən Avrasiya Xalqları Assambleyası günləri çərçivəsində baş tutan “Böyük Vətən Müharibəsi və İkinci Dünya Müharibəsi ilə bağlı tarixi yaddaşın qorunması” beynəlxaql ictimai forumunda Vaqif Mustafayevin Bakı şəhərinə “Qəhrəman şəhər” adının verilməsi ilə bağlı iki il əvvəl Moskvada irəli sürdüyü təşəbbüs ictimai müzakirəyə çıxarıldı və iştirakçılar tərəfindən yekdilliklə dəstəkləndi. Məhz bu təklifin nəticəsində forumda “Birlikdə qalib gəldik” Beynəlxalq İctimai Komitəsinin yaradılmasına dair plan ortaya çıxdı”, – Valeri Ruzin belə deyib.

Sentyabrın sonu oktyabrın əvvəllərində Bakıda keçirilmiş Avrasiya Xalqları Assambleyası günlərinin yekunlarına həsr olunmuş mətbuat konfransında Rusiya Cəmiyyətinin Tədqiqatçıları Assosiasiyasının prezidenti Gennadi Bordyuqov da bildirib ki, “Birlikdə qalib gəldik” təşəbbüsünün iştirakçıları postsovet məkanı və xarici ölkələrdə Qələbəyə töhfə vermiş Bakı şəhərinin “Qəhrəman şəhər” adlandırılması üçün tarixi baza hazırlamaq və bununla bağlı təşəbbüs irəli sürmək niyyətindədirlər

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!