fotofakt

Mütəllibov açıqladı: “Həlqə” hücumunu kim dayandırdı? - Video

Tarix:25-10-2019, 15:08
Baxış Sayı:124

Mütəllibov açıqladı: “Həlqə” hücumunu kim dayandırdı? - VideoEks-prezident Ayaz Mütəllibov növbəti dəfə Speys TV-də yayımlanan “Sadə həqiqətlər” verilişinin qonağı olub.

Axar.az xəbər verir ki, Ayaz Mütəllibov bu dəfə hakimiyyətdə olduğu zaman ermənilərə qarşı həyata keçirtdiyi “Həlqə” hərbi əməliyyatı haqqında danışıb. Onun sözlərinə görə, əməliyyat uğurla həyata keçdiyi bir məqamda ona qarşı ciddi təzyiqlər başlayıb. Bu təzyiqləri isə Xalq Cəbhəsi təşkil edib.

Eks-prezident bildirir ki, ona öncə Pribaltikadakı Xalq Cəbhəsindən hədə dolu zənglər gəlib və qısa zamandan sonra Moskvadan Qorbaçov başda olmaqla, təhlükəsizlik orqanlarının rəhbərləri zəng edib. O, bir günün içində Moskvaya getməli olub və bununla da proses yarımçıq qalır.

Ayaz Mütəllibov açıqlamasında həm də intiqam almaq hissini və bir məsələdə peşmançılığını da etiraf edib.

“Sadə həqiqətlər” verilişi bu gün saat 21:50-də Space TV-də yayımlanacaq.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!