fotofakt

Sarkisyanın qardaşı Rusiyada həbs olunub

Tarix:22-11-2019, 15:50
Baxış Sayı:112

Sarkisyanın qardaşı Rusiyada həbs olunubRusiyada Ermənistan parlamentinin sabiq deputatı Levon Sarkisyan saxlanılıb.
Fotofakt.az xəbər verir ki, “sputnik armenia”nın verdiyi məlumata görə, bu barədə Ermənistan polisi məlumat yayıb.

Bildirilib ki, sabiq deputat Rusiya və Ermənistan hüquq-mühafizə orqanları əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində Moskva ətrafında tutulub.

L. Sarkisyanın adı 11 il əvvəl Ermənistan Gömrük Xidmətinin sabiq rəhbəri Armen Avetisyanın malikanəsinə təşkil edilən hücumda hallanır.

L. Sarkisyana qarşı cinayət məcəlləsinin iki - quldurluq və cinayətkar qrup yaratmaq və ya cinayətkar qrupda iştirak etmək maddələri ilə ittiham irəli sürülüb və barəsində həbsli axtarış qərarı çıxarılıb.

Hazırda sabiq deputatın Rusiyadan Ermənistana ekstradisiyası müzakirə olunur.

Qeyd edək ki, bir neçə çağırış Ermənistan parlamentinin deputatı olan L. Sarkisyan sabiq prezident Serj Sarkisyana yaxınlığı ilə seçilib.(metbuat.az)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!