fotofakt

ABŞ səfiri Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri barədə

Tarix:17-01-2020, 17:02
Baxış Sayı:138

ABŞ səfiri Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri barədə
"Azərbaycanda növbədənkənar parlament seçkilərinə çoxlu sayda namizədin qeydə alınmasını görməkdən şadıq".
Bunu bu gün jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberger deyib.

Səfir bildirib ki, ABŞ Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərini yaxından izləyir.

O vurğulayıb ki, fərqli spektrləri təmsil edən namizədlərin, o cümlədən çoxlu sayda müstəqil, müxalif partiyalardan olan namizədlər, gənclər və qadınlar, həmçinin yeni simaların qeydə alınmasını görməkdən çox şadıq.

L.Litzenberger qeyd edib ki, hazırda seçkiqabağı təşviqat kampaniyası yeni başlayır: “Biz şadıq ki, Azərbaycan seçkiləri müşahidə etmək üçün beynəlxalq müşahidəçiləri də dəvət edib. Biz beynəlxalq müşahidəçilərin müşahidə aparmasını da izləyəcəyik və seçki prosesi ilə bağlı rəyimizi bildirəcəyik”.

Qeyd edək ki, fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək.(virtualaz.org)

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!