fotofakt

Rusiyalı ekspert: Ermənilərin tərk etdikləri ərazilərdə yalnız azərbaycanlılar yaşayırdı

Tarix:14-11-2020, 13:32
Baxış Sayı:116

Rusiyalı ekspert: Ermənilərin tərk etdikləri ərazilərdə yalnız azərbaycanlılar yaşayırdı
Rusiya mətbuatında Qarabağdan çıxarılan ermənilərin evlərini yandırmağa başladıqları barədə məlumat yayılır. Bu məlumatda yalnız bir həqiqət var - həqiqətən ermənilər son 25 ildə yaşadıqları evləri yandırırlar. Lakin doğrudanmı fakt olaraq, özlərinə məxsus evləri yandırırlar?

Fotofakt.az Trend-ə istinadən xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin politologiya və sosiologiya kafedrasının dosenti, hərbi ekspert Aleksandr Perenciyev yazıb.

“Mən diqqəti ona cəlb edirəm ki, ermənilər tərk etdikləri rayonlarda 90-cı illərin ortalarına qədər yaşamırdılar. Orada demək olar ki, azərbaycanlılar yaşayırdılar və Ermənistan tərəfindən başlanmış soyqırımı nəticəsində ya öldürülmüş ya da öz evlərini atıb qaçmağa macal tapmışdılar. Sonradan orada ermənilər məskunlaşmışlar. İndi ermənilər Laçın, Kəlbəcər, Ağdam rayonlarında əvvəllər azərbaycanlılara məxsus olan özlərinin 25 il yaşadıqları evləri yandırırlar”, - deyə, ekspert yazır.

A.Perenciyevin sözlərinə görə, indi şikayətlənən erməni qaçqınlarını mediada göstərən zaman 1990-cı illərin əvvəllərində bu torpaqlarda öldürülən və ya sağ qalan, tələsik kiçik vətənlərini tərk etməyə məcbur olan azərbaycanlıları xatırlamaq lazımdır. “Ədalət ikili standartlar üzərində qurula bilməz! Xüsusilə tarixi ədalət. Azərbaycan Qarabağda sülh tərəfdarıdır, Qarabağ isə Azərbaycandır!”, - deyə, o, yazıb.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!