fotofakt

Azərbaycan Ordusu Qarabağda təcili hərbi ƏMƏLİYYATA BAŞLASIN VƏ... - Rusiyadan SENSASİYA

Tarix:7-12-2020, 21:53
Baxış Sayı:142

Azərbaycan Ordusu Qarabağda təcili hərbi ƏMƏLİYYATA BAŞLASIN VƏ... - Rusiyadan SENSASİYA
Yaxın gələcəkdə Azərbaycan Ordusundakı erməni əsirlərin sayı artacaq.

Azsabah.com xəbər verir ki, bu sözləri Axar.az-a rus tarixçi, politoloq Oleq Kuznetsov Azərbaycanın Xocavənd rayonunda bir neçə erməni hərbçinin “partizanlıq” etmək üçün meşələrə sığındığı ehtimalı haqda yayılan informasiyaları şərh edərkən söyləyib.

“Havaların soyuması, qarın yağması və bu cür şəraitdə aktiv döyüş əməliyyatları aparmağın mümkünsüzlüyü səbəbindən onların dağlıq və meşəlik ərazilərdə qalması mənasızdır. Hazırda Azərbaycan Ordusunun arxa cəbhəsində qalan erməni əsgərləri yəqin ki, yemək, istilik və geyimlə bağlı böyük çətinliklər yaşayırlar və əminəm ki, onlar artıq qarın üzərində yatmaqdan beziblər. Buna görə də erməni mənbələrində bildirildiyi kimi, erməni əsgərləri müvafiq qüvvələrlə əlaqə yaradaraq, xilasetmə xidmətlərini çağırmağa çalışırlar”, - deyə o bildirib.

Politoloqun sözlərinə görə, erməni hərbçiləri əsir düşüb rüsvay olmamaq üçün Azərbaycan Ordusuna təslim olmaq istəmirlər və onların (erməni əsgərləri — red.) rus sülhməramlılarına təslim olmağa çalışacaqları tamamilə aydındır:

“Ancaq dağlarda qış şərtlərində bunu etmək çox çətin olacaq. Mina sahələrindəki keçidlərin identifikasiya nişanları artıq qarla örtülüb, Ermənistan ordusunun qalıq qrupları isə mina axtaranların köməyi ilə hərəkət edə bilməyəcək qədər zəifləyib. Buna görə də onlar (erməni hərbçiləri — red.) yerləşdirdikləri minaları öz bədənləri ilə təmizləyəcəklər. Hesab edirəm ki, Azərbaycan Ordusunun onların qurtuluşu deyil, ya onları yaxalamaq, ya da aradan qaldırmaq üçün bir axtarış əməliyyatı təşkil etməsi lazımdır”.

Kuznetsov əlavə edib ki, “hamının hamıya” prinsipi ilə hazırda hərbi əsirlərin və məhbusların mübadiləsi əməliyyatını həyata keçirmək tezdir, çünki o zaman Azərbaycan dağlarda və meşələrdə gizlənən Ermənistan ordusunun qalıq qruplarını yaxalamaqla əsirlərin mübadiləsi müqaviləsinə uymamaqda günahlandırıla bilər:

“Meşələr diversantlardan və ya təxribatçılardan təmizlənməyincə belə bir mübadiləni həyata keçirmək məqsədəuyğun deyil”.

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!