fotofakt

Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət həyata keçirilən siyasətin əsas tərkib hissəsidir

Tarix:11-04-2022, 15:42
Baxış Sayı:159

Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət həyata keçirilən  siyasətin əsas tərkib hissəsidir

Ölkəmizdə idmanın inkişafına göstərilən diqqət həyata keçirilən siyasətin əsas tərkib hissəsidir. Nəzərə alaq ki, idman da bir siyasətdir. Yarışlarda qalibiyyətimiz Dövlət Himnimizin səsləndirilməsi, üçrəngli bayrağımızın dalğalanması ilə müşayiət olunur. Bu isə öz növbəsində ölkəmizin təqdimatı, beynəlxalq aləmdə yerinin və rolunun möhkəmlənməsi, ən əsası bu sahədə mövcud imkanlarımız barədə dünya ictimaiyyətinin məlumatlara malik olması deməkdir.
Son illərdə ölkəmizdə idmanın inkişafı üçün yaradılan infrastruktur göz qabağındadır. Paytaxt və bölgələrdə inşa olunan idman kompleksləri gənclərin idmanın müxtəlif növlərinə dərindən yiyələnmələri üçün geniş imkanlar açır. Statistikaya nəzər salaq. 2003-2018-ci illərdə Azərbaycan idmançıları beynəlxalq yarışlarda böyük uğurlar əldə ediblər. İdmançılarımız 15 il ərzində Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında böyük qələbələr qazanıblar. İlk Avropa Oyunlarında Azərbaycan ikinci yerə, İslam Həmrəyliyi Oyunlarında isə bütün müsəlman ölkələri arasında birinci yerə yüksəlmişdir. 2016-cı ildə Rio-de-Janeyroda keçirilmiş Olimpiya Oyunlarında ölkəmiz medalların sayına görə 14-cü yerdə olmuşdur.
İki ilə yaxındır ki, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə, yarışlara qalib ölkə kimi qatılır. Bu gün tarixi Zəfər qazanmış bir xalqı təmsil etmək həm qürurludur, həm də məsuliyyətlidir. Sevindirici və qürurverici haldır ki, Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında idmançılarımız yeni bir uğura imza atmış, böyük qələbə ilə Vətənə qayıtmışlar. 16 medal qazanan güləşçilərimiz bir daha Azərbaycanın idman şöhrətini yüksəklərə qaldırmışlar.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 8 aprel 2022-ci il tarixdə Macarıstanda keçirilmiş Güləş üzrə Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvləri ilə görüşdə qeyd etmişdir ki, idmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda, cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir. Bu fikir beynəlxalq səviyyədə də qeyd edilir ki, Azərbaycanın tarixi Qələbəsinin əsasında torpaq, Vətən sevgisi dayanır. Dünyaya səs salan tarixi Zəfərimizdə də gənclərimizin vətənpərvərlik hissi, torpaq sevgisi böyük rol oynamışdır. Bu, qürurvericidir. Bu baxmdan ki, Azərbaycan xalqı tarixinə sahib çıxan xalq olmaqla yanaşı, torpağını sevən, Vətəninin hər daşına, qayasına bağlı olan xalqdır. Tarixi Qələbəmiz bir daha xalqımızın bu keyfiyyətlərini nümayiş etdirdi, məğrurluğumuzu, yenilməzliyimizi təsdiqlədi.
Əminliklə deyə bilərik ki, bu gün Azərbaycanda yeniyetmə və gənclərimizin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi üçün hər bir şərait yaradılıb. Bütün sahələrdə hərtərəfli inkişafı ilə seçilən doğma Vətənimizdə idmançıların böyük qələbələr qazanmaları üçün geniş imkanlar var. Bunun nəticəsidir ki, idmançılarımız beynəlxalq arenalarda böyük nailiyyətlər əldə edir, medallarla Vətənə qayıdırlar. Dövlətin diqqət və qayğısına cavab olaraq idmançılarımızın gələcəkdə daha böyük zirvələr fəth edəcəklərinə əminik.

Arif Hüseynov,
Gənclər arasında sərbəst güləş üzrə
Dünya Çempionatının bürünc mükafatçısı

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!