fotofakt

“Bandotdel” "Qəbələ Təndir"in sahibini saxladı - Hakim bəraət verdi

Tarix:21-12-2022, 21:06
Baxış Sayı:100

“Bandotdel” "Qəbələ Təndir"in sahibini saxladı - Hakim bəraət verdi
Binəqədi rayonu, M.K.Atatürk prospektində yerləşən "Qəbələ Təndir" restoranında qanunsuz qumar oyunları təşkil edildiyinə görə saxlanılan icarədəra bəraət verilib.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən 15 iyun 2022-ci ildə, saat 01:20 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində "Qəbələ Təndir” adlı restoranda qumar oyunu təşkil olunduğu müəyyənləşib. Masanın üzərində olan qumar oyunlarından əldə edilmiş 2 362 manat məbləğində pul, həmçinin qumar oyunlarının oynanılması üçün nəzərdə tutulmuş oyun kartı aşkar edilərək götürülüb.

"Qəbələ Təndir" restoranın Rəşad adlı icarədarı saxlanılıb və onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Araşdırma zamanı məlum olub ki, Rəşad iki ilə yaxın imiş Ramin adlı şəxsdən "Qəbələ Təndir" restoranı icarəyə götürüb. Rəşad qəbələli tanışları ilə birlikdə Mobil adlı dostunun ad gününü keçirdikdən sonra əylənmək üçün "Poker” oynamağa qərar veriblər.

Dekabrın 15-də Binəqədi Rayon Məhkəməsinin hakimi Aygün Qurbanovanın sədrliyi ilə keçirilən məhkəmədə qərar verilib ki, Rəşad adlı şəxsin əməlində cinayət tərkibi yoxdur. Buna görə də ona bəraət verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.Qaynarinfo


https://youtu.be/BqUB7ZE93w0

TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
TƏBİB-də yeni təyinat səhiyyədə institusional yenilənmənin davamıdır ŞƏRH
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Bərdədə abadlıq-quruculuq işləri sürətlə və geniş miqyasda davam etdirilir
Merinos xalı, keyfiyyətin ünvanı
Merinos xalı, keyfiyyətin ünvanı
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
Lor estetik cərrah, uzman Fuad Abdullayev işinin peşəkarıdır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi – Artıq 6 ildir ki, Kəlbəcər azaddır
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Rəşad Cəbrayılov: Unudulmayan Faciə – 31 Martın Tarixi İbrəti
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!
Bir Ananın Səbrində Bir Millətin Qüruru!!